Dağıdıcı müxalif partiya baş bilənlərinin səhv siyasət aparmaları nəinki onların özlərinə, ümumilik də rəhbərlik etdikləri təşkilatlar üçün də ciddi problemlər yaradır. O məna da ki, siyasi partiyalar cəmiyyət tərəfindən qəbul edilmir, seçkilər də isə acınacaqlı məğlubiyyətə düçar olurlar. Hazır ki, siyasi proseslərə əsasən demək ki, bu gün dağıdıcı müxalifət əvvəlki illərə nisbətən daha ağır vəziyyətdədir. Çünki, Azərbaycan cəmiyyətinin onlara olan qəzəb və nifrəti fonunda xarici ağaları ilə də münasibətləri heç də ürək açan deyil. Səbəbi xarici anti-Azərbaycan qüvvələrin, xüsusi ilə də, erməni lobbisinin onların qarşısında qoyduğu şərtlərin böyük hissəsinin hələ də yerinə yetirə bilməmələridir.
Düzdür verilən tezislərə uyğun işlərini qurub, sosial şəbəkələr vasitəsi ilə böhtan kampaniyası aparır və dezinformasiya xarakterli informasiyalar tirajlayırlar. Lakin bu fəaliyyət xarici məkrli şəbəkələri qane etmir. Onlar dağıdıcı müxalifətdən daha çox şey tələb edirlər. Məsələn, Azərbaycanda qarşıdurma yaratmaq, ictimai siyasi sabitliyi pozmaq və İrəvandakı revanşistlərin çağırışlarına cavab vermək. Bu tələblərin icrası mümkün olmadığından dağıdıcı müxaliflərlə xarici şəbəkə arasında bir-birinə inamsızlıq yaranıb. Vəziyyətin əleyhinə olduğunu anlayan AXCP sədri Əli Kərimli, “Milli Şura” nın sədri Cəmil Həsənli, Şura üzvü Gültəkin Hacıbəyli və AXCP-dəki trollar xalqa qarşı qeyr-etik ifadələr səsləndirməklə, bir növ ağalarının gözündə yüksəlməyə ümid edirlər.
Ümumiyyətlə görünən ondan ibarətdir ki, dağıdıcı müxalifət istər 44 günlük Vətən savaşında, istərsə də üç rəngli bayrağımızın Xankəndində ucaldılmasından sonra geniş və əhatəli şəkildə cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanan fəaliyyət yolu tuturlar. Bu da onu deməyə əsas verir ki, xarici maraqlı dairələrin göstərişlərini yerinə yetirmək Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərləri üçün daha önəmlidir.
Əli Kərimli açıq şəkil də Koçaryan və Sarkisyanın mövqeyini müdafiə edir
Ermənistanın diz çöküb, təslim olmasından sonra AXCP sədri Ə.Kərimli demək olar ki, hər gün sosial şəbəkələrdə təxribat xarakterli statuslar paylaşır, internet TV-lər də açıqlamalar yayımlayır. Bu cür separatçı mövqe daha çox Vətən Müharibəsində ələdə olunan parala qələbədən sonra daha geniş xarakter almışdı. Ə.Kərimli gah deyirdi ki, sərhəd keçid məntəqəsi yaradılmayacaq, gah da iddia edirdi ki, Laçına gedərkən rus sülhməramlılarından icazə almalı olacağıq.
Başqa bir sayıqlamasında isə Ə.Kərimli bildirirdi ki, Xankəndi, Xocalı , Ağdərə və digər ərazilərimizə getmək mümkün olmayacaq. Lakin bu bayquş bir daha yanıldı. Azərbaycan həm Laçın sərhəd keçid məntəqəsi yaratdı, həm də Laçına sərbəst olaraq gediş gəlişi təmin edildi. Oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan, Yenilməz Sərkərdə, Prezident İlham Əliyev Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə, Xocavənddə və digər ərazilərimizdə üçrəngli bayrağımızı ucaltdı.
Noyabrın 8-də isə Xankəndi şəhərində Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə qələbə paradı keçirildi. Bununla da bütün suallara cavab verildi və Prezidentimiz göstərdi ki, nəyi, necə və nə zaman etməyi yalnız O bilir. Əgər Ə.Kərimli və digərlərində siyasi mədəniyyət və cəsarət olsa idi, bundan sonra siyasətdə qalmağı özlərinə abır, həya edərdilər, xalqdan üzr istəyər və siyasətdən gedərdi. Lakin göründüyü kimi, siyasətə gəlir mənbəyi kimi baxan Ə.Kərimli nəyinki siyasətdən getmək haqqında addım atır, əksinə həyasız və abırsız hərəkətlərini və davranışlarını daha geniş formada davam etdirir. Bəzən beynəlxalq təşkilatlara müraciət edən Ə.Kərimli Azərbayacna qarşı sanksiyaların tətbiq olunması çağırışı ilə çıxışlar edir. Ümumilik də baş verənlər göstərir ki, Azərbaycana qarşı çirkin kampaniyanın aparılmasında xaricdəki antimilli ünsürlərlə dağıdıcı müxalifət eyni mövqedən çıxış edirlər.
Bir qədər əvvəl Ə.Kərimli ABŞ Dövlət Departamentinə məktub ünvanlayaraq ABŞ dövlətinin Azərbaycana sanksiyalar tətbiq olunmasını xahiş etmişdir. Eyni müraciəti xaricdəki antimilli ünsürlər də müxtəlif beynəlxalq təşkilatlara və dövlətlərə ünlamışlar. Arzuetdikləri nəticəni əldə edə bilməsələr də görünən ondan ibarətdir ki, hər iki ünsür Azərbaycana qarşı erməni lobbisinin istəyinə uyğun fəaliyyət ortaya qoyur.
Əli Kərimli cibgirlik edən, qarətlər törədən şəxsləri də “siyasi məhbus” hesab edir
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, dağıdıcı müxalif ünsürlərin əsas aparıcı məxluqu olan AXCP sədri Əli Kərimli və ətrafında olanlar xaricdə olduğu kimi daxildə də qarışıqlıq yaratmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn bəzən iddia edirlər ki, filankəs siyasi mənsubiyyətinə görə həbs olunub. Halbuki həbs edilən şəxs heç bir siyasi partiyanın üzvü deyil, digər tərəfdən konkret cinayət törədən insanı “siyasi məhbus” olaraq təqdim edilməsinə cəhd göstərilməsi hüquqdan anlayışlarının olmadığının göstəricisir. Baxmayaraq ki müəyyən hallar da Ə.Kərimli özünü “savadlı hüquqşünas” kimi təqdim etməyə çalışır və bu yöndə əzbərlədiyi mülki və cinayət məcəlləsindən müddüalar səsləndirir. Ancaq səslənən bu sayıqlamaların heç bir əsası yoxdur. Əgər belə olmasa idi Ə.Kərimli qoyun oğrusunu, evə daxil olub qarət törədən, ictimai nəqliyyatda cibgirlik edən və bu kimi digər əməllərinə görə həbs olunan şəxsləri “siyasi məhbus” kimi təqdim edib, hay-küy qaldırmazdır. Məsəl var deyərlər, “qanun şahdır, şah qanun deyil”. Azərbaycan hüquqi, demokratik dövlətdir. Hər kəs, kimliyindən, milliyyətindən, statusundan asılı olmayaraq qanun qarşısında bərabər hüquqa malikdir. Şantaj və hay-küylə istintaqa və məhkəmələrə təzyiq etmək mümkün deyil.
İLHAM ƏLİYEV