PDF Oxu

Siyasət

  • 2 076

“Ən yaxşı təqdimat” FOTOLAR

“Ən yaxşı təqdimat” FOTOLAR

YAP Ağdam rayon təşkilatının və Ağdam Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ağdam rayon məktəbliləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Təhsil Sektorunun müdiri Tahir Abbasov, rayon ziyalıları, müəllimlər və məktəbli şagirdlər iştirak etmişdir.Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilib.

Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Təhsil Sektorunun müdiri Tahir Abbasov, rayon ziyalıları və müəllimlər Ümummilli lider Heydər Əliyevin zəngin həyat fəaliyyətindən, dövlətçiliyimiz və xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərindən ətraflı bəhs ediblər.

Daha sonra “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi olan şagirdlər və bir qrup müəllim Fəxri fərman, qiymətli hədiyyələrlə təltif olunublar.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev müsabiqə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq, Ulu öndər Heydər Əliyev irsinin gənc nəsillərə təbliği istiqamətində hər zaman mütəmadi işlərin aparılmasının diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb.

Digər xəbərlər