PDF Oxu

Siyasət

  • 1 871

“Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən möhtəşəm dövrünü yaşayır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən möhtəşəm dövrünü yaşayır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan və Türkiyə arasında münasibətlər iki dövlətin liderlərinin göstərdiyi cəhdlər və uğurlu xarici siyasət nəticəsində tarixinin ən möhtəşəm dövrünü yaşayır. Azərbaycan-Türkiyə qardaşlığı istər Cənubi Qafqaz, istər ətraf bölgələr, istərsə də dünya üçün çox böyük potensial, sülh və inkişaf vəd edir. Biz bunun nümunəsini 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrlərdə də gördük. Bu fəaliyyətlərdə Türkiyənin keçmiş xarici işlər naziri, ölkənin NATO-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Mövlud Çavuşoğlunun müstəsna rolu var. Onun Azərbaycan torpaqları işğalda olarkən dövlətimizin haqq işini necə müdafiə etdiyini unuda bilmərik”. Bu sözləri SİA-ya açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib. Onun sözlərinə görə, Çavuşoğlu Türkiyə üçün nə qədər çalışırdısa, Azərbaycan üçün də bir o qədər çalışdı: “Təbii ki, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlməsində bir Mövlud Çavuşoğlu imzası da var. Çavuşoğlunun ölkəmizə səfəri və bu səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycan-NATO əlaqələrinin də inkişafına mühüm töhfə verir. Bundan əvvəl NATO-nun baş katibi Cənubi Qafqaz səfərinə Bakıdan başlamışdı”.“Mövlud Çavuşoğlunun da səfərinin bu münasibətlərin daha yüksək səviyyəyə çatmasına səbəb olacağına inanıram. Çavuşoğlunun ölkəmizə səfəri Azərbaycan-Türkiyə birliyinin dünyaya sülh, türk ədalətinin gətirilməsi baxımından çox əhəmiyyətlidir”,- deyə o əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər