Görüş zamanı çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm naliyyətlərdən danışdı. Bildirdi ki, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan dünya miqyasında öz sözünü deyir və yeni reallıqlar yaradır. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir və bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir. Bu yolu layiqincə davam etdirən Prezident İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi böyük ölçüdə dinamiki inkişafa, uğurla yeni-yeni nailiyyətlərlə, daha xoşbəxt gələcəyə aparır, tərəddüd etmədən söyləyə bilərik ki, Azərbaycanın gələcəyi əmin əllərdədir.
Daha sonra Bəxtiyar Nəbiyev daxili məsələlərə toxunaraq ərazi partiya təşkilatlarında qurulmuş işin fəaliyyətinin aktivliyinin daha da artırılmasının vacibliyini qeyd edib. Bəxtiyar Nəbiyev ərazi partiya təşkilatlarının bir - birilə daha sıx əlaqədə olaraq məhsuldarlığın daha böyük ölçüdə artıralacağını qeyd edib və Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı il ərzində keçiriləcək tədbirlər və aksiyalar haqqında məlumat bildirib.