PDF Oxu

Siyasət

  • 2 149

“Türkiyə bir daha Azərbaycanın yanında olduğunu sübut etdi” - MÜNASİBƏT BİLDİRİLDİ

“Türkiyə bir daha Azərbaycanın yanında olduğunu sübut etdi” - MÜNASİBƏT BİLDİRİLDİ

“Mövlud Çavuşoğlunu hər zaman Azərbaycanla bağlayan bir sıra məqamlar olub. Bir zamanlar Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri kimi bu qurumda Azərbaycana qarşı olan hücumların cavablandırılmasında öz mövqeyini göstərib. Eyni zamanda, Çavuşoğlu 44 günlük Vətən müharibəsi zamanı dövlətimizin haqq mübarizəsinin yanında olduğunu nümayiş etdirdi. Bugünkü gündə isə o, Türkiyənin NATO-dakı nümayəndə heyətinin rəhbəri qismində Azərbaycana səfər etdi”. Bu sözləri SİA-ya açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal deyib. Onun sözlərinə görə, bu səfər özündə bir sıra önəmli məqamlar daşıyır: “Xüsusilə ona görə ki hazırda bir sıra Qərb dairələrinin Ermənistanın yenidən silahlandırılması, Azərbaycana qarşı ritorikasını dəyişdirilməsi, aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaq və Ermənistan arasında keçirilən görüş və burada Ermənistana birmənalı dəstəyin ifadə olunması fonunda Mövlud Çavuşoğlunun səfəri həm də rəmzi məna daşıyır”.“Necə ki 44 günlük müharibə zamanı Türkiyənin dövlət ərkanına aid olan şəxslər növbəli şəkildə ölkəmizə səfər edirdilər, hesab edirəm ki, bu günlərdə Çavuşoğlunun etdiyi səfər dünən Ermənistana dəstək məqsədilə keçirilən görüşə bir cavab idi. Türkiyə bir daha göstərdi ki, qardaş ölkə hər zaman Azərbaycanın yanındadır. Azərbaycana qarşı hər hansı qara plan quran qüvvələr ilk növbədə qarşılarında Türkiyəni görəcəklər. Ona görə hesab edirəm ki, bu səfər beynəlxalq dairələrə açıq-aydın bir mesaj idi”,- deyə o bildirib.

Ləman Sərraf

Digər xəbərlər