Dağıdıcı müxalif düşərgənin xarici maraqlı dairələrin sifarişləri əsasında fəaliyyətlərini quran məxluqları zaman-zaman müxtəlif vasitələrdən istifadə etməklə gündəmə gəlməyə, ən azı mətbuatın diqqət mövzusuna çevrilməyə çalışıblar. Gah onlara təzyiqlərin olmasından dəm vurur, gah aksiyaların keçirilməsi üçün yerlərin ayrılmadığını iddia edir, gah da ölkə də “siyasi məhbus” var deyib, hay-küy qaldırılar. Uzun müddət sonuncu məsələdən istifadədən yayınan müxalif zümrə son vaxtlar yenidən əski bayatıları səsləndirməyə başlayıb.
Hətta AXCP sədri Əli Kərimli və Milli Şuranın rəhbəri Cəmil Həsənli o dərəcə də çaşıb və başlarını itiriblər cibgirlik edən, qarət və qətl törədənləri də “siyasi məhbus” kimi təqdim etməyə çalışırlar. Əli Kərimlinin ağına görə Qubad İbadoğlu, Nazim Baydımirli, Sahib Məmmədzadə və digərləri “siyasi məhbus”dur. Halbuki, sözügedən şəxslər haqqında əsaslı faktlar və sübutlar əsasında cinayət işi qaldırılıb və onlar həbs olunublar. Ə.Kərimli isə açıq şəkil də dostlarının cinayət əməllərinə haqq qazandırır və hüququq-mühafizə orqanlarına qarşı əxlaqına uyğun olaraq ittihamlar irəli sürür. Hətta Sahib Məmmədzadəni “qəhrəman”laşdırmağa çalışır. Ancaq polisin verdiyi məlumat görə, Sahib Məmmədzadə narkotika satışını həyata keçirirmiş və əməli şahidlərin ifadələri ilə sübuta yetirilib.
Digər tərəfdən Ə.Kərimli S.Məmmədzadəni cəbhəçi olaraq təqdim edib, onun ətrafında şou yaratmağa çalışır. Lakin o heç zaman AXCP üzvü olmayıb. Bunu Ə.Kərimli özü də paylaşdığı statusunda etiraf edir. Təhqirdən ibarət olan statusunda yazır: “Oliqarx tör - töküntüləri ötən il Xoşbulaq yaylağındakı örüş yerlərini zəbt edib, Daşkəsən camaatının əlindən alanda Sahib bəy hələ AXCP-yə qoşulmamışdı. Ancaq o etiraz edən camaatın sözçüsü oldu. Yerli camaatın şikayətlərini ölkə ictimaiyyətinə çatdırdı. Məruz qaldıqları bu haqsızlığa dözmədi”.
Əli Kərimli daha çox xarici qrant əldə etmək üçün “siyasi məhbus” ovunu genişləndirir
Ə.Kərimlinin bu cür baş-ayaq cümlələrinə istinad etsək belə aydın olur ki, S.Məmmədzadə cəbhəçi deyil, sadəcə Ə.Kərimlinin işinə yarayan mövqe sərgilədiyi üçün onu cəbhəçi kimi təqdim etməyə çalışır. Yəqin ki, xəbər də göndərib ki, “möhkəm dayan və biz səni “siyahı məhbus” kimi təqdim edib, işimizə yarayan təbliğat qurucağıq. Belə də olmaqdadır. Ə.Kərimli və ətrafında olan trollar S.Məmmdzadəni “siyasi məhbus” kimi təqdim edib hay-küy qaldırırlar. Lakin biçarə S.Məmmdzadə anlamır ki, Ə.Kərimli və ətrafında olan trollar ondan xarici maliyyə dairələrindən daha çox qrant almaq üçün istifadə edirlər. Əsaslı olaraq Milli Məclisin deputatı Elşən Musayev Ə.Kərimlini insanların üzləşə biləcəyi problemlərdən qazanc əldə etməkdən çəkinməyən şəxs olduğunu bildirir.
Deputat SİA-ya verdiyi açıqlamasında bildirib ki, Azərbaycanda kimsə siyasi mənsubiyyətinə görə həbs olunmur, kimsə cinayət törətmədiyi halda məsuliyyətə cəlb edilmir, kimsənin haqqında yetərli, tutarlı sübutlar olmadan azadlıqdan məhrumetmə qərarı verilmir. Deputat sözlərinə belə davam edib: “AXCP sədri indi də Sahib Məmmədzadə üzərindən şou göstərir, ard-arda statuslar yazır, hakimiyyəti ittiham edir. Hətta ittihamla kifayətlənmir, təhqir edir. Tərbiyəsiz adam! Vicdansız adam! Mənəviyyatsız adam! Ətrafındakı qaraguruhçuları cinayətə sürükləyir, onların həbsinə nail olur və sonra da qışqırır ki, tərəfdaşlarıma qarşı haqsızlıq olub. Sənin yanında olan səndən nə öyrənəcək ki? Əli Kərimli kimi beynəlxalq miqyaslı "bandit" öz tərəfdaşına hansı tövsiyyəni, məsləhəti verə bilər ki? Belə başıpozuqun yanında hansı təfəkkürün, beyinin yiyəsi qərarlaşa bilər ki?”
AXCP “siyasi məhbus” siyahısının tərtibatında Müsavatı üstələməyə çalışır
Yaxın keçmişə nəzər saldıqda məlum olur ki, hələ o zamandan Müsavat və AXCP “siyasi məhbus” siyahısının tərtib edib, yayılmasında bir-biri ilə rəqabət aparıblar. Bu da nəticə də bir-birindən fərli rüsvayçı siyahıların ortaya çıxmasına gətirib çıxarıb. O zaman Müsavat partiyası ətrafında fırlanan qondarma “hüquq müdafiəçilər”inin iştirakı ilə 94 nəfərin adını qeyd etdikləri məhbus siyahısı hazırlayıb, beynəlxalq təşkilatlar göndərmişdilər. Müsavatın siyahısı ortaya çıxdıqdan sonra Ə. Kərimlinin tapşırığı ilə 166 nəfərlik “siyasi məhbus” siyahısı hazırlandı. Bu ziddiyyətlər AXCP ilə Müsavat arasında qarşıdurmaya və bir-birini ittiham etməyə gətirib çıxartdı. Tərəflərin hər biri özünün təqdim etdiyi qondarma siyahını müdafiə edib, özünün haqlı olduğunu sübut etməyə çalışırdı. Eyni məzhəkəli oyun yenidən dövriyyədədir. AXCP və Müsavat funksionerləri gəlir mənbəyi hesab oluna “siyasi məhbus” siyahısı hazırlamağa başlayıblar. Təbii ki, yenə də ortaya bir-birindən fərqlənəcək siyahı çıxacaq. Bu əcayib-qərayib siyahılardan nə qədər qrant qazanacaqları məlum olsa da, müəmmalı görünən məslə ondan ibarətdir ki, görən Ə.Kərimli, A.Hacılı, İ.Qəbər, C.Həsənli və bu oyunda iştirak edən digər məxluqlar anlayırlarmı, insanların əzabları üzərində qazanılan pulla varlanmaq və özünə xöşbəxt həyat qurmaq mümkün deyil?
İLHAM ƏLİYEV