Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində "İmkanlar və perspektivlər" mövzusuna həsr olunmuş tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlil və Strateji Araşdırmalar İdarəsinin müdiri Mahur Qasımov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov, BDU-nun Beynəlxalq Münasibətlər kafedrasının müəllimi Aytən Qurbanova iştirak edirlər.Tədbiri giriş nitqi ilə Şahmar Hacıyev açıq elan edib.2024-cü ilin yanvarından etibarən İran, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Efiopiyanın BRICS qrupuna qoşulması Azərbaycanın da bu qrupla daha əməkdaşlıq etməsi məsələsini gündəmə gətirib.
Müəllif: Söylü Ağazadə