PDF Oxu

Siyasət

  • 1 168

"BRICS üçün coğrafi mövqeyimiz əlverişlidir" - Zaur Məmmədov

image

"Azərbaycan ticarət və sərgi mərkəzi kimi öz fəaliyyətini BRICS daxilində inkişaf etdirir. Biz Qoşulmama Hərəkatına üzv olduqda gördük ki, 44 günlük müharibədə bu ölkələr bizə kömək etdilər". SİA xəbər verir ki, bu sözləri Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.Onun sözlərinə görə, BRICS də Azərbaycana yeni imkanlar yaradacaq: "Azərbaycanın əsas partnyoru Türkiyə və Avropadır. BRICS üçün biz ona görə cəlbediciyik ki, coğrafi mövqeyimiz əlverişlidir. Biz nə qədər çox platformada iştirak edəcəyiksə, o qədər faydalıdır".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər