PDF Oxu

Siyasət

  • 1 813

“Bu onların azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildi” - TARİXÇİ DANIŞDI

“Bu onların azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildi” - TARİXÇİ DANIŞDI

“Ağdaban qətliamından bu gün 32 il ötür. Ermənilər hər zaman azərbaycanlılara qarşı əsassız ərazi iddiaları ilə çıxış ediblər. 1991-ci ilin dekabrından onlar Azərbaycan torpaqlarını işğal etməyə başlayıblar. 1992-ci ildə, yəni Kəlbəcərin işğalından təxmini bir il öncə Kəlbəcərin gələcək işğalına şərait yaratmaq məqsədilə Ağdaban kəndində soyqırım törətdilər.

Təbii ki, bu onların azərbaycanlılara qarşı törətdikləri ilk soyqırımı deyildi”. Bu sözləri SİA-ya açıqlamasında Tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib. O bildirib ki, Ermənistan soyqrımı törətdikləri zaman Ağdaban kəndini tamamilə yandırırlar: “Təəssüflər olsun ki, orada 130 evdən ibarət kənd tamamilə yanır, 67 nəfər amansızcasına qətlə yetirilib. Bütün bu hadisələr bir daha ermənilərin azərbaycanlılara qarşı olan kin-küdurəti, nifrətinin bariz nümunələrindən biri idi.Təbii ki, Ağdaban qətliamının intiqamı alındı. Azərbaycanın müzəffər ordusu, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütün işğal edilən ərazilərimiz geri qaytarıldı, suverenliyimiz bərpa olundu.Biz bu gün artıq Qarabağda bərpa-quruculuq işləri həyata keçiririk. Hazırda Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biri Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına geri dönməsini təmin etməkdən ibarətdir. Düşünürəm ki, biz buna ölkə başçısının apardığı siyasət nəticəsində nail olacağıq.Bu gün Ermənistan tərəfi ilə Azərbaycan sülh müqaviləsi imzalamaq mərhələsindədir. Lakin ermənilərin qeyri-konstruktiv addımları nəticəsində bu proses yubanır. Bu baxımdan da sülh müqaviləsi imzalansa belə, baş verən qətliam, soyqırımları unutmamalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər