PDF Oxu

Siyasət

  • 1 744

Azərbaycan və Almaniya humanitar minatəmizləmə üzrə QHT potensialının inkişafı üzərində işləyir

Azərbaycan və Almaniya humanitar minatəmizləmə üzrə QHT potensialının inkişafı üzərində işləyir

Azərbaycan və Almaniya qeyri-hökumət təşkilatlarının (QHT) humanitar minatəmizləmə potensialının inkişaf etdirilməsi üzərində işləyir. Bu barədə SİA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.“Almaniya Azərbaycan hakimiyyətinə yerli QHT-lərin humanitar minatəmizləmə üzrə potensialının artırılmasına yönəlmiş bir illik layihə təklif edib. Layihənin tərəfdaşları onun icrasına başlamaq üçün hazırlıq işləri görür”, - səfirlikdən bildiriblər.Xatırladaq ki, bu yaxınlarda Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, ölkəsi minatəmizləmə prosesində, o cümlədən Almaniyanın bu istiqamətdə həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan və Avropa İttifaqının səylərini tam dəstəkləyir.

Digər xəbərlər