PDF Oxu

Siyasət

  • 2 188

Onlar sülh, yoxsa müharibə istəyir? - ŞƏRH EDİLDİ

Onlar sülh, yoxsa müharibə istəyir? - ŞƏRH EDİLDİ

Ermənistan son günlər mövqelərimizi atəşə tutmaqda davam edir. Münasibətləri gərginləşdirmək istəyən Ermənistan rəhbərliyi və onun havadarları atəşkəsi daim pozmaqla Azərbaycanı müəyyən mənada təhrik etmək istəyir. Bu iki dövlət arasında gedən sülh danışıqlarına ciddi zərbə deməkdir. Onlar sülh yoxsa müharibə istəyir? Azərbaycan tərəfi hansı addımları atmalıdır? SİA mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib. O bildirib ki, hazırda Naxçıvan və Qazax istiqamətində Ermənistanın atəşkəsi pozmasında məhz ABŞ və Avropadan Ermənistana verilən silahlardan istifadə olunur: "Ümumiyyətlə, Qərbdən silah alınması kifayət qədər və maliyyə vəsaiti tələb edən prosedurdur. Doğrudur, bir miqdar Hindistan, Fransa və İrandan Ermənistana silah ötürülməsinin şahidi olmuşuq. Lakin həmin silahların Azərbaycan mövqelərinə yaxınlaşdırılmasına dair hələlik əlimizdə konkret faktlar mövcud deyil.İstənilən halda iki gün ərzində 46 dəfə atəşkəsin pozulması məhz Brüssel görüşündən sonra Ermənistanın bir qədər cəsarətləndiyini deməyə əsas verir. Ermənistanın öz maraqlarına uyğun olmayacaq şəkildə Qərbin, xüsusilə də, Fransanın sifarişi ilə Azərbaycana qarşı təxribatlar törətməsi, intensiv olaraq qoşunları Azərbaycan sərhədinə gətirməsi, mühəndis fortifikasiya qurğuları inşa edərək növbəti təxribatlara hazırlaşması, təbii ki, Ermənistanın maraqlarına cavab vermir. İşğalçı ölkə hələ də Qazaxın kəndlərini işğaldan azad etmədiyi halda həmin ərazilərdə atəşkəsi pozub Azərbaycan ordusunun mövqelərinə atəş açırsa, bu, Ermənistanın sağlam məntiqdən məhrum olduğunu göstərir. Bu addımlar Ermənistana yalnız ərazi, şəxsi heyət, texnika, vasitə və avadanlıq itkiləri nəsib edəcək".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər