PDF Oxu

Siyasət

  • 1 915

Arif Yunus haradan bilir ki, nələr müzakirə olunub? - ŞƏRH EDİLDİ

Arif Yunus haradan bilir ki, nələr müzakirə olunub? - ŞƏRH EDİLDİ

“Görünən odur ki, 5 aprel görüşü ermənilərin xeyrinə deyil. Buna görə də Arif Yunus məhz məsələni gündəmə gətirir. Yəni, erməni xislətindən əl çəkmir. Burada Rusiya, Azərbaycanla bağlı məsələlər gündəmə gətirməyə çalışmaqla mesajlar verir ki, Rusiya ilə Azərbaycan bir yerdə olduğuna görə, Azərbaycana bu cür yanaşmalar var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. O bildirib ki, 5 apreldən öncə həm ABŞ dövlət katibi, həm də Avropa Komissiyasının sədri Azərbaycan Prezidentinə zəng etmişdilər: “Ölkə başçısı da məsələyə dair öz münasibətini bildirmişdi. Danışığın tərzinə görə Azərbaycan Prezidenti uyğun şəkildə cavab vermişdi və orada Azərbaycan-Rusiya məsələsi olsa idi, ölkə rəhbəri ən azından sətraltı mesaj verərdi. Çünki Prezident İlham Əliyev peşəkar bir siyasətçidir və hər zaman öz fikirlərini xalqı ilə bölüşür. Burada isə görünən odur ki, belə bir mesaj yoxdur. Bu səbəbdən də Azərbaycanın hədəfə götürülməsi də ölkə daxilində gərginlik yaratmağa xidmət edən bir addımdır.Arif Yunus haradan bilir ki, bağlı qapılar ardında hansı məsələlər müzakirə olunub? Azərbaycan dövlət rəhbəri elan etdi ki, bu iqtisadi deyil, sırf hərbi məsələdir. Çünki ondan öncə də Ermənistanı silahlandırmaq məsələsi var idi. Eynilə Ukrayna layihəsini Ermənistan üzərindən həyata keçirməyə çalışırlar. Amma bu alınmayacaq. Çünki Azərbaycan öz mövqelərində qətiyyətlidir”.
Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər