PDF Oxu

Siyasət

  • 2 174

Ramazandan sonra qidalanma necə olmalıdır? - MÜTƏXƏSSİS DANIŞDI

Ramazandan sonra qidalanma necə olmalıdır? - MÜTƏXƏSSİS DANIŞDI

“Ramazan ayında oruc tutan şəxslər bayramdan sonra normal qidalanma rejimlərinə qayıtmaq üçün mütləq şəkildə bəzi sağlamlıq məsələlərinə diqqət etməlidir. Əsas məsələ Ramazan ayından sonra axşam yeməklərini 1 həftə ərzində yarım saat irəli çəkməklə qəbul etmək olar. Artıq 3-4 gündən sonra yuxudan 5-6 saat əvvələ qədər axşam yeməyini bitirmək lazımdır. Orucluq zamanı insanlar uzun müddət ac qaldıqları üçün daha çox xəmir yeməkləri və ya paxlalılar qəbul edir ki, bunun da miqdarını normal qidalanmaya keçdikdə azaltmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib. O bildirib ki, tez həzm olunan qidalar qəbul etmək lazımdır: “Xüsusilə axşam yeməklərində tərəvəzlərə üstünlük vermək məqsədəuyğundur. Çünki onlar lifli qida olduqlarından bağırsaqların hərəkətliliyini təmin edir. Bir çox hallarda insanlarda orucluq zamanı yaranan qəbizliyin qarşısı alınır.Səhər yeməyindən imtina etmək sağlamlıq üçün düzgün hesab olunmur. Həmçinin axşam yeməyindən sonra açıq havada gəzmək sağlamlıq üçün çox faydalıdır. Çünki qəbul olunan qidaların həzmini asanlaşdırır, maddələr mübadiləsinin pozulmasının qarşısını alır. Ramazan ayından sonra birdən-birə yağlı, turş qidaların qəbuluna başlamaq olmaz. Çünki bu orqanizmdə maye-duz balansının pozulmasına gətirib, çıxarır. Bu isə oynaqlarda problemə və yüksək təzyiqə səbəb ola bilər. Ramazan ayından sonra bağırsaq, həzm problemləri yaşamamaq üçün qidalarımıza xüsusi diqqət etməliyik”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər