PDF Oxu

Siyasət

  • 1 996

“Gültəkin Hacıbəyli Azərbaycan hakimiyyətini gözdən salmaqdır” - DEPUTAT TƏNQİD ETDİ

“Gültəkin Hacıbəyli Azərbaycan hakimiyyətini gözdən salmaqdır” - DEPUTAT TƏNQİD ETDİ

“Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli belə paylaşımlarla özünü məhz Makronla bir sıraya qoyur. Doğurdan da o, bütün Azərbaycan xalqı birmənalı şəkildə Makrona ermənilərdən daha çox nifrət etdiyi bir vaxtda onun müdafiəsinə çıxmağını, Paşinyanın burada yüksək səviyyəli görüşlər keçirdiyini deməklə Qərbə reveranslar etməyini üstünlük hesab edir və Azərbaycana həqarətlər yağdırır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli “Paşinyan Avropa Birliyi və ABŞ-la yüksək səviyyəli sammit keçirib ölkəsinin sosial, iqtisadi, siyasi, humanitar problemlərinin həllinə açar axtardığı bir vaxtda Azərbaycan iqtidarı bunu Makrona "axsaq ördək" deməklə, Konqo prezidenti ilə əməkdaşlığı dərinləşdirməklə kompensasiya edir” fikirlərinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, Azərbaycan təkcə Konqo və ya digər Afrika dövlətləri ilə deyil, bütün dövlətlərlə sağlam münasibətlərə sahibdir: “Məgər İtaliya da Konqodur? Azərbaycan neftinin az qala yarıdan çoxu İtaliyaya ixrac edilir və bu dövlətlə yüksək səviyyədə əməkdaşlığımız var. Bəs bunlar niyə dilə gətirilmir? Gültəkin Hacıbəyli bir tək Konqonun adını çəkib Azərbaycanın nüfuzunu aşağı salmaq istəyir. Görünür, yalnız Gültəkinin deyil, ümumilikdə Milli Şuranın Koordinasiya şöbəsinin fikirləri bu cürdür”.“Yüksək səviyyəli şəxslər deyəndə kimi nəzərdə tutur? Sanki görüşdə ABŞ-nin Prezidenti iştirak edib. Digər tərəfdən Ermənistan görüşdən konfet kağızından başqa heç nə əldə etmədi. Ona görə də bu ittihamların heç bir əsası yoxdur. Burada sadəcə bir niyyət var, o da Azərbaycan hakimiyyətini gözdən salmaq, Paşinyanı isə tərifləməkdir. Demokratiya isə sadəcə bir şüardır. Əgər söhbət demokratiyadan gedirsə, Fransa getsin öz müstəmləkələrində demokratiyanı tətbiq etsin”,- deyə T.Kərimli əlavə edib.

Ləman Sərraf

Digər xəbərlər