Siyasət

  • 2 123

"Azərbaycanda yeni dövr yeni kadrlarla həllini tapacaq" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"Cənab Prezident İlham Əliyev 7 fevral seçkilərindən sonra çox əhəmiyyətli məqamlara toxundu". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.O bildirib ki, Prezident ölkə, bölgə əhəmiyyətli məsələlərə toxundu: "Bu məsələlərdən biri də Azərbaycanda yeni dövrün başlanmasının anonsunun verilməsi idi. Əlbəttə ki, bu ifadə özündə bir çox məqamları ehtiva edir. Biz ən böyük problemimiz olan, tarixin arxivinə göndərdiyimiz Dağlıq Qarabağ probleminin də öhdəsindən gəldik. Ən böyük həll edilməmiş problem, düyün olaraq qalan bu məsələ birdəfəlik olaraq həllini tapdı. Artıq Azərbaycanın qarşısında dayanan hansısa həyat əhəmiyyətli heç bir böyük problem qalmayıb.İndi yeni bir dövr başlayır. İndi Azərbaycanda tamamilə yeni, suveren ölkənin bütün torpaqlarında suverenliyi, ərazi bütövlüyü elan edilmiş bir ölkənin bundan sonrakı daha güclü, dinamik inkişafı dayanır. Bu inkişaf özündə iqtisadiyyatı, sənayeni, sosial inkişafı, hərbi inkişafı və bir çox sahələrdə inkişafı nəzərdə tutduğu kimi, əlbəttə, kadr islahatlarını da nəzərdə tutur. Cənab Prezidentin də son illərdə həyata keçirdiyi kadr islahatı bir daha deməyə əsas verir ki, Azərbaycanda yeni dövr cənab Prezidentin Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu inkişafı təmin edə biləcək kadrlarla birlikdə öz həllini tapacaqdır.Biz bu siyasətin əhəmiyyətinin böyük olduğunu bir daha qeyd etmək istəyirik. Cənab Prezidentin özünün də söylədiyi kimi "Mən nəyi nə zaman, necə edəcəyimi hamıdan yaxşı bilirəm" deyən rəhbərimiz, əlbəttə ki, kadr islahatları, kadr siyasətində də çox dünyəvi və müsbət addımlar atır, qərarlar verir. Əminik ki, onun ətrafındakı, onun seçimi ilə təyin olunan kadrlar Azərbaycanımızın cənab Prezidentlə birlikdə daha güclü inkişafına öz töhfələrini verəcəklər".
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər