Siyasət

  • 1 966

Əli Kərimli terrorçunun “hüquqlarının müdafiəsin”ə qoşuldu - ANALİZ

image

Böyük qələbədən sonra xarici məkrli dairələr geniş şəkil də ölkəmizə qarşı qara piar kampaniyası aparırlar. Arada bir separatçı qərarlar qəbul etməklə Azərbaycana təzyiq etməyə çalışırlar. Bu cür pozucu və məkrli layihələrlə kifayətlənməyib əlaltıları rolunda çıxış edən Azərbaycanın dağıdıcı müxalifətindən və xaricdəki antimilli ünsürlərdən istifadə etməklə ölkəmizdəki möhkəm əsaslara malik sabitliyə xələl gətirməyə çalışırlar. Düşünmək olar ki, niyə kifayət qədər yaşı və başları olan dağıdıcı müxalif ünsürlər xarici pozucu şəbəkənin qara işlərinin icraçısı rolunda çıxış edirlər?

Təbii ki, sualın cavabını düşünərkən ilk ağıla ayrılan maliyyə yardımları gəlir. Lakin əsas amil bu deyil. Haradasa səbəblər sırasında maliyyə yardımlarının ayrılması da dayanır. Lakin başlıca amil özlərinə siyasi dayaq əldə etmələridir. Məhz siyasi dəstək hesabına öz ağılsız böhtanlarını xarici mediada və ya ayrı-ayrı ölkələrin parlamentlərinə çatdırmaq imkanı əldə edirlər. Nəzərə almaq lazımdır ki, dəfələrlə Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərlərinin şər və böhtanlarından ibarət olan müraciətləri, anormala bəyanatları beynəlxalq təşkilatlara çatdırılıb. Hətta qondarma “siyasi məhbus” siyahıları xarici məkrli dairələrin dəstəyi ilə müxtəlif media orqanlarında və beynəlxalq təşkilatlarda yayımlanıb.

Əli Kərimli ABŞ-ın və Fransanın qaranlıq dairələrinin mövqeyini səsləndirir

Bu və digər amilləri nəzərə aldıqda aydın olur ki, dağıdıcı müxalifətin xaricdəki ermənipərəst dairələrlə könüllü və “səmərəli” əməkdaşlığının kökündə əsasən özlərinin şər və böhtanlarına “legitim”lik alıb, onları BBC, Vaşinqiton post, Azadlıq radiosu və bu kimi digər şər yuvalarında yayımlanması dayanır. Bu cür əməkdaşlıq dağıdıcı müxalifətə ikitərəfli məqbul variant hesab olunur. Birincisi, şər və böhtanlarını beynəlxalq media orqanlarında tirajlanmasına nail olurlar, digər tərəfdən isə onlarını bəd əməllərinin və planlarını Azərbaycanda icra etməklə qranlara alırlar. Ona görə də dağıdıcı müxalifət sosial şəbəkələrdə və internet TV-lər də milli və dövlətçilik maraqlarına ziddi fikirlər səsləndirib, statuslar paylaşırsa deməli öz sözlərini deyil, başqalarının qərəzli fikirlərini ifadə edirlər. AXCP sədri Əli Kərimli açıq şəkildə ABŞ-ın və Fransanın qaranlıq dairələrinin mövqeyini tirajlayır. Halbuki, sözügedən dövlətlərin bəzi üzdəniraq vəzifəli şəxslərinin Azərbaycana yönəlik haqsız və ədalətsiz mövqeləri Azərbaycan cəmiyyətində haqlı narazılıqlar yaradır. Bu yaxınlarda isə Fransanın Azərbaycanda casus şəbəkəsi ifşa olundu, eyni zaman da bir fransız Bakıda metroya daxil olub, təxribatlar törətməyə cəhdlər göstərdi, Fransada Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natavanın abidəsi təhqir edildi dağıdıcı müxalifətin dil qəhrəmanları susmağa üstünlük verdilər. Sual olunur, yəni Cəmil Həsənlinin, Arif Hacılının, Ə.Kərimlinin bütün bunlardan xəbərləri yoxdur? Niyə dağıdıcı müxalif ünsürlər Azərbaycan cəmiyyəti ilə həmfikir deyil? Susmaları və özlərini lal və kar kimi göstərməyə çalışmaları onu deməyə əsas verir ki, ya Cəmil Həsənli, Arif Hacılı, Əli Kərimli həmin casus şəbəkəsinin içindədir, ya da Avropa mərkəzlərindən susması üçün maddi yardımlar alır. Çünki necə ola bilər ki, hər xırda məişət məsələsinə münasibət bildirən, bəzən siyasi divident əldə etmək xatirinə hay-küy qaldıran dağıdıcı müxalifət qeyd etdiyim məsələlərlə bağlı mövqe bildirmir ?

Dağıdıcı müxalifət milli hissi itirib

Təbii ki dağıdıcı müxalifətin cavab verməli olduğu çoxsaylı suallar mövcuddur. Lakin inandırıcı deyil ki, bu ünsürlər bu suallara cavab versinlər. Çünki torbalıdılar, xarici maraqlı dairələrin yanında gözü kölgəlidilər. Ö dərəcə əlləri xarici məkrli dairələrin cibində dərinə işləyib ki, Əli Kərimli və Cəmil Həsənli terrorçu Ruben Vardanyanın “hüquqlarının müdafiə” təşkilatına qoşulublar. Düzdür bunu rəsmi şəkil də etməkdən çəkiniblər. Yəni açıq şəkil də dostlarının müdafiə etdiklərini nümayiş etdirməyiblər. Sadəcə Ruben Vardanyanın cinayətkar əməllərinə haqq qazandırmaları və terrorçuları maliyyəşdirilməsinə münasibət bildirməmələri dağıdıcı müxalif ünsürlərin Vardanyanın pullarına aşiq olub, onu müdafiə edənlərlə eyni sırada olmalarını göstərir. Nəzərə almaq lazımdır ki, ermənipərəst dairələr terroru maliyyələşdirən, dəstəkləyən, buna görə də mühakimə olunan, cəza çəkən R.Vardanyanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər. Təbii ki, bu siyasi riyakarlıq, ikiüzlülük və açıq şəkil də terrorun çiçəklənməsinə göstərilən dəstəkdir. Bütün hallarda demokratik düşüncəli dünya xalqları belə mövqe sərgiləyənləri haqlı olaraq qınayırlar. Təəssüf ki, dağıdıcı müxalifət R.Vardanyanın müdafiəsinə qalxanlarla eyni sırada durmağa üstünlük verirlər. Buna başqa cür ad verməkdə mümkün deyil. Çünki baş verənlərə münasibət bildirilmirsə və susqunluq göstərilirsə deməli milli hissi itiriblər, xarici maraqlı dairələrdən sifariş alıblar.

İLHAM ƏLİYEV

Digər xəbərlər