PREZİDENT İLHAM ƏLİYEVİN Hacıqabul, Gəncə və Qəbələ rayonlarına səfəri regionların inkişafına olan diqqətin əyani təzahürüdür
Dünya birliyinə sürətlə inteqrasiya olunaraq demokratik inkişaf yolunda atdığı ardıcıl addımlarla regionda böyük nüfuz sahibinə çevrilən müstəqil Azərbaycanın qısa zamanda əldə etdiyi böyük nailiyyətlər, ilk növbədə hər bir vətəndaşın mənafeyinə xidmət edən təkmil sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 20 ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlamış, bu istiqamətdə kompleks tədbirlər həyata keçirmişdir. "Bizim iş üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilmişdir. Və məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramlar nəticəsində ötən 20 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artdı. Regionlarda və ölkə daxilində yeni iş yerlərinin yaradılması sayəsində insanların məşğulluğu, xüsusilə biznes və sahibkarlıq mühitinin formalaşması və inkişafı, eləcə də bu istiqamətdə həyata keçirilən digər tədbirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının fasiləsiz, dinamik və nəhayət, dayanıqlı böyüməsini təsdiqləyir. Birn sözlə dövlət başçımızın ….
BÖLGƏLƏRƏ HƏR SƏFƏR İNKİŞAFA TÖHFƏ VERİR
Azərbaycan Prezidentinin hər il mütəmadi olaraq regionlara hər səfəri ölkəmizin inkişafına böyük töhfələr verir. Çünki Azərbaycanın yüksəlişinin əsas göstəriciilərindən biri regionların davamlı inkişaf yoluna çıxarılmasıdır. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissələrindən biri kimi son 20 ildə bütün şəhər və rayonların iqtisadi potensialı hərəkətə gətirilib, əhalinin məşğulluğunun artırılması, sosial rifahının yüksəldilməsi istiqamətində böyük keyfiyyət dəyişiklikləri baş verib. Ən əsası isə bu səfərlər zamanı verilən dövlət tapşırıqlarının icrası yerində yoxlanılması, baş tutan açılışlar və təməlqoyma mərasimlərinin isə görülmüş işlərin həcminin göstəricisi olduğunun təsdiqidir.
Belə ki, cari ilin aprel ayının 9-da Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələ rayonlarına səfəri və səfər çərçivəsində bir çox obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakı, regional inkişaf proqramlarının uğurlu icrası və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən amillərdir. Ən əsası isə, birgünlük səfər, əslində, yüz illər boyu bölgə əhalisinin rifahına və rahatlığına xidmət edəcək. Çünki hər səfər çərçivəsində rayonun inkişafı üçün çox mühüm açılışlar və təqdimatlar reallaşır.
PREZİDENT İLHAM ƏLİYEVİN HƏR SƏFƏRİ, SƏFƏR ÇƏRÇİVƏSİNDƏ AÇILIŞLAR GÖRÜLƏN İŞLƏRİN HƏCMİNİN GÖSTƏRİCİSİDİR
Göründüyü kimi, Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələ rayonlarına səfəri, orada görülən işlərlə tanışlığı ilk növbədə dövlət başçısının regionların inkişafına olan diqqətin əyani təzahürü olmaqla yanaşı, həm də görülən işlərin həcmini göstərir. Belə ki, bütün səfərlərində olduğu kimi, Hacıqabul, Gəncə və Qəbələ rayonlarına səfəri çərçivəsində Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli, habelə Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yollarının, “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin açılışı, Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus sahəyə Kür çayından suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanışlığa zaman ayırması cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinə daha bir misaldır. Həmçinin, Qəbələdə Bum qəsəbə tam orta məktəbinin, Mərkəzi Xəstəxananın, Gəncədə isə İdman Sarayının açılışları, Gəncədə şəhər stadionunun təməlinin qoyulması, Ekoloji Park Kompleksinin tikintisi ilə tanışlıq bu reallığı bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin yaratdığı sosial-iqtisadi konfiqurasiya dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət edir. Məqsəd isə aydındır - uğurlu iqtisadi artım, yüksək gəlirli iş yerləri yaratmaqla ən azı paytaxt qədər bütün bölgələrimizdə də həyat səviyyəsinin ilbəil yaxşılaşması, insanların yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxış bərabər və ədalətli olmalı, daha dəqiq desək, hər bir vətəndaş, o cümlədən paytaxtdan kənarda yaşayanlar öz həyatlarında bu inkişafı hiss etməlidirlər. Bu mənada əminliklə demək olar ki, Prezident İlham Əliyevin növbəti səfəri həm də göstərmiş oldu ki, dövlət başçısı milli sosial rifah səviyyəsinin davamlı və bütün ölkə üzrə artmasını Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsinə çevirə bilib. Birgünlük səfər, əslində, yüz illər boyu bölgə əhalisinin rifahına və rahatlığına xidmət edəcək. Çünki bu səfər çərçivəsində rayonun inkişafı üçün çox mühüm açılışlar və təqdimatlar reallaşdı.
Dövlət başçısı İlham Əliyev daim bu məqamı xüsusi qeyd edir ki, bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bəyan etdiyimiz bütün hədəflər, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir. Bəli, bunun üçün isə əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır və bu isə yalnız bölgələrin potensialı hesabına mümkündür. Eyni zamanda regionlarda cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmlənməsi vacib şərtdir. Onu da vurğulamaq lazımdır ki, 44 günlük qələbəmizdən sonra həm işğaldan azad edilmiş ərazilərimizdə, həm də regionlarımızda böyük quruculuq və bərpa işləri aparılır. Elə aprelin 9-da Hacıqabul, Gəncə və Qəbələ rayonlarına səfəri özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyevin bu bölgələrdə açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin açılışı bir daha görülən işləri təsdiqidir. Beləliklə də, Hacıqabul, Gəncə və Qəbələ rayonlarının timsalında bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, cənab İlham Əliyev yalnız işğaldan azad edilmiş deyil, bütün rayonların sosial-iqtisadi inkişafını, yenilikləri özündə əks etdirməsini diqqətdə saxlayır. Həmçinin bölgələrə səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlər ayrılır.Birn sözlə, yuxarıda sadalananlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfəri, orada görülən işlərlə tanışlığı regionların inkişafına olan diqqətin əyani təzahürü olmaqla yanaşı, həm də yeni uğurların təməli və müjdəsi kimi dəyərləndirilməlidirBax, budur müasir Azərbaycan həqiqətləri. İnanırıq ki, Prezident İlham Əliyevin Hacıqabul, Gəncə və Qəbələyə səfərləri də bu rayonların inkişafının daha da sürətlənməsinə xidmət edəcək.
RƏFİQƏ KAMALQIZI