Məlum olduğu kimi, Azərbaycanda vətəndaşların sosial rifahı hər zaman əsas prioritetlərdən hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyev cənabları son 20 ildə ölkəmizdə veteranlara, şəhid ailələrinə yönəlik sosial layihələrin sayına, bu layihələrin icrasına ayrılan vəsaitlərin miqdarına nəzər salsaq, görərik ki, Prezident İlham Əliyevin həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət həqiqətən də misilsizdir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələrin həyata keçirilməsi, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb. Və bu gün ölkəmizdə şəhid ailələrinin qarşılaşa biləcəyi hər hansı bir kiçik problemin belə həll edilməsi həm cəmiyyət, həm də dövlət olaraq əsas prioritetlərdən sayılır. Eyni zamanda, dövlət başçımız tərəfindən şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda da dəyişiklik edilməsi bu baxımdan önəmlidir.
Sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb. Həmçinin dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilib. Yalnız 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500-dən çox mənzil və fərdi ev verilib. 2020-ci ilin Vətən müharibəsindən bu günədək isə həmin kateqoriyadan olan 4500 vətəndaş mənzillə təmin olunub. Ümumilikdə isə bu günə qədər 13 mindən çox şəhid ailəsi və müharibə veteranı mənzillə təmin olunub ki, bu da çox yüksək göstəricidir. Bu rəqəmlərin özü sübut edir ki, Prezident İlham Əliyev hər zaman şəhid ailələrinin, veteranların, müharibə əlillərinin mənzil-məişət problemini yaxşılaşdırmaq üçün ciddi addımlar atıb, onların hər bir probleminə xüsusi diqqətlə yanaşıb.
Eyni zamanda vurğulamaq istərdim ki, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Həmçinin, Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb ki, məqsəd müharibədə yaralanan, sağlamlıq problemi yaşayan veteranların müalicəsini yüksək səviyyədə həyata keçirməkdədir. Eləcə də şəhid olmuş qəhrəmanlarımızın övladlarına müvafiq müavinətlərin verilməsi, onlara xüsusi imtiyazların tanınması artıq təmin olunub.
Lakin bütün bu uğurlara baxmayaraq “fəaliyyəti” ancaq dağıdıcılığa, ölkəmizin əldə etdiyi uğurlara qara yaxmağa köklənmiş radikal müxalifət bu məsələyə də “özünəməxsus şəkildə” yanaşır. Belə ki, antimilli şurada cəmləşən dağıdıcı ünsürlər ya dövlətin guya sosial məsələlərin həllinə diqqət etmədiyini iddia edir, ya da ölkəmizdə həyata keçirilən sosial siyasət fonunda dövlətin qazilərin, şəhid ailələrinin və müharibə əlillərinin sosial rifahının yüksəldilməsi istiqamətində atdığı addımları öz adlarına çıxmağa çalışırlar və nəhayət ki, bu cür oyunlara «durr!» deməyin vaxtıdır. Bunu da cəmiyyətimiz etməlidir. Sosial şəbəkələrdə qazilər üzərindən oyun quranlara cəmiyyət layiq olduqları cavabı verməlidir. Cəmiyyətimiz Əli Kərimli kimilərə qandırmalıdır ki, qazilərimiz, şəhid ailələrimiz sosial şəbəkə aləti deyil... Hacıbəyli, Qənimət Zəhid, Sevinc Osmanqızı, Vidadi İskəndərli və bu kimi manqurtlar bilməlidirlər ki, bu gün bütün şəhid ailələri və qazilər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Radikal müxalifət düşərgəsi və onların xaricdə məskunlaşmış Vətən satqınları AXCP sədri Əli Kərimli, antimilli şuraçılar Cəmil Həsənli və Gültəkin Hacıyeva, eləcə də ölkəmizə qarşı çirkin kampaniyalar aparmaqla ermənipərəst dairələrin dəyirmanına su tökməyə çalışırlar. Bu o satqınlardır ki, Vətən müharibəsində əldə olunan qələbəyə kölgə salmaq istədilər, ancaq xalq onları bir dəfəlik tarixin zibilliklər arxivinə atdı. Ancaq bunu anlamadılar. Və bu gün qazilərə «canıyanalıq» göstərmək istədilər.
Ancaq belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç zaman bağışlanmır. Və özünü xalqa «canıyanan» göstərməyə çalışan AXCP sədri Vətən müharibəsi dövründəki fürsətcil mövqeyini arxa plana keçirib, bu dəfə də şəhidlərimizin, qazilərimizin kölgəsində uğursuz manipulyasiya həyata keçirməyə çalışsa da, onun danışdığı yalanlar bumeranq effekti ilə öz sifətinə çırpılır. Məsələn, Əli Kərimlinin əsassız iddialarının əksinə olaraq, şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial problemlərinin həlli ilə bağlı genişmiqyaslı tədbirlərin həyata keçirilməsi, onlara verilən aylıq müavinətlərin dövlət başçısının müvafiq qərarı ilə artırılması, hətta müharibə iştirakçıları ilə bağlı ortaya çıxa biləcək hər hansı bir formal problemin operativ şəkildə öz həllini tapması üçün müvafiq komissiyanın yaradılması hər kəsə gün kimi aydındır.
Belə olan halda bu reallığı Ə.Kərimli billə-bilə xain xislətli nəyi etiraf edir? Bir də sosial şəbəkə «qəhrəmanları» Qələbə Zəfərimizdən keçən bu iki il ərzində hansı qazinin, yaxud şəhid alənin problemi ilə maraqlanıb?. Bütün bunlar bir daha onu göstərir ki, Vətən müharibəsində xalqın yanında yer almayanlar yeni yalanlar uydurmaqla siyasi səhnəyə qayıtmaq istəyirlər. Bu isə mümkün deyil!. Ancaq Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun firavan yaşam tərzi dayanır və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi, sosial infrastrukturun ən müasir standartlara uyğun qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Xalq 20 ildən çoxdur ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətinin şahididir. Dövlət başçımızın imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin təqaüdü artırılıb, mənzillərlə təmin edilməsi yönündə addımlar atılmaqdadır. 2021-ci ildə 3000, postmüharibə dövründə 3500 mənzil verilib. Beləliklə, ümumilikdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə, 7400 müharibə əlili avtomobillə təmin olunub.
Göründüyü kimi, Əli Kərimlinin bu dəfəki “iddiaları” da qərəzli və əsassızdır. Sadəcə olaraq, AXCP sədri növbəti dəfə özünü “siyasi meydanda” saxlamaq, daha doğrusu, onu pulla təmin edən xaricdəki ermənipərəst dairələr qarşısında özünü “təsdiq etmək” üçün yenə də ortaya atdığı boş fikirlərlə gündəmə gəlməyə çalışır. Bu isə nə onun özünə, nə də ətrafındakılara heç bir siyasi dividend qazandırmayacaq. Çünki Azərbaycan xalqı onların əsl simasını yaxından tanıyır. Sosial istifadəçi gənclər Əli Kərimlinin antitəbliğat kampaniyasını pisləyərək, belələrinin cəzalandırılması tələbəi ilə çıxışı ediblər.
Göründüyü kimi, bir sözlə, cəmiyyətimizin həssas təbəqəsi olan Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək antitəbliğat aparmağa cəhd edən Əli Kərimlini elə bu kateqoriyadan olan insanlar, Vətənini sevən gənclər peşman etdilər. Sosial şəbəkələrdən istifadə edən ictimaiyyət nümayəndələri bu dəfə də dövlətin yanında olduqlarını, cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini sübut etdilər. Bu fakt özlüyündə bir daha həm Əli Kərimli kimi radikal müxalifət, həm də onlara himayədarlıq edən antiazərbaycan dairələri üçün şillə kimi cavab oldu.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyin sədri