Siyasət

  • 1 068

""Böyük Qayıdış"ın reallaşması strateji məqsədlərlə bağlıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"İşğaldan azad olunmuş bölgələrdə "Böyük Qayıdış"ın reallaşması strateji məqsədlərlə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.O bildirib ki, bu, 100-300 minlik şəxsin geri qaytarılmasını əhatə etmir: "Ən azından bölgələrin məskunlaşdırılması sayını 1 milyon nəfərə çıxarmaq lazımdır. Bu, geniş, əhatəli dövlət proqramına əsaslandığından siyasətüstü məsələ kimi ölçülür. Bir az da mənəvi və ideoloji proqramın tərkib hissəsidir. Bu mənada ərazilərin gələcəyinin şəkillənməsi üzərindən dövlət bir neçə vacib istiqamət üzrə plan həyata keçirir.

Əlbəttə ki, ilk növbədə bölgənin minalardan təmizlənməsinə böyük ehtiyac var. Bu proses ardıcıl şəkildə də davam etdirilir. Amma minalarla çirkləndirilmiş dünyanın üç əsas sahəsindən biri Qarabağ bölgəsi olduğundan dərhal orada məskunlaşdırılmanın aparılması insanları təhlükə altında qoyur. Buna görə mərhələli şəkildə "Böyük Qayıdış"ın öncə minalarla zəngin olmayan, daha təhlükəsiz hissələrinin məskunlaşdırılması həyata keçirilir.Artıq şəhər mərkəzləri, xüsusilə də, Xankəndi, Şuşa, Ağdərə, Laçında yaşayış var. Dövlət qısa müddət ərzində qayıdışın müəyyən hissəsini təşkil edə bildi. Amma qarşıda Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcərin yenidən qurulmasının şahidi olacağıq. Dövlət buralarda mütləq yeni baxışlar ortaya qoymalıdır. Burada da iki vacib istiqamət izlənilir. Birinci, "Smart Qarabağ"ın qurulması üzərində qiymətləndirilməlidir ki, yeni standartlara uyğun həyat şəraiti təmin olunsun. İT dövləti yaratmaq ideyası üzərindən böyük yüklər ortaya qoymuş olsun. "Böyük Qayıdış" o bölgədə özü ilə potensial olaraq təhsili, mədəniyyəti yenidən qurmağa səsləyir və bunun əsasında başlamalıdır. Ona görə biz köç prosesi haqqında ilk olaraq həm də onu deməliyik ki, 2030-cu ilə qədər minimum yarım milyon vətəndaşı bölgəyə qaytarmalıyıq. Buna həm də məcburuq. İndiki vəziyyətdə isə Zəngilanın Ağalı kəndindəki ilk köçdən etibarən yeni dalğa yaşanır. Məncə, elə gün olmur ki, Bakıdakı qaçqın şəhərciklərindən Qarabağa doğru yük karvanı getməsin. Onlar yeni həyat, ocaq qurmağa gedirlər. Azərbaycanın sərhədini güclü şəkildə təmin etməyə doğru gedirlər".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər