Siyasət

  • 1 237

Əli Kərimli və dəstəsi təxribatlar planlaşdırır ANALİZ

image

Bu gün ki, dünyanın mənzərəsi heç də ürək açan deyil. Hər yerdə müharibələr, münaqişələr, hər bölgədə insan faciələri, iniltiləri, harayları eşidilir. Kimsə kiminsə imdadına yetib, əlini uzadıb kömək etmək haqqında da düşünmür. Çünki çoxlarının başı öz dərdinə qarışıb. Şükürlər olsun ki, Azərbaycan qarışıq dünyamızda sakitlik, sabitlik adasıdır. Möhkəm əsaslara malik ictimai siyasi sabitlik fonunda sosial, iqtisadi inkişaf hökm sürür. İnsanların yaşayışı günü – gündən daha da yaxşılaşır. Bu uğurların, ürək açan proseslərin fonunda işğaldan azad edilən ərazilərimiz yenidən qurulur, keçmiş qaçqın və məcburi köçkünlərimiz yurd-yuvalarına qayıdırlar.

Təəssüflər olsun ki, Azərbaycanın qazandığı nailiyyətlər dostları sevindirir, düşmənlərin isə bağrını yarır. Sonuncular Azərbaycanı da qarışdırmaq, sabitliyi pozmaq üçün hər cür çirkin vasitə və üsullardan istifadə edirlər. Yenə də təəssüflər olsun ki, sap özümüzdən olan baltalar düşmən dəyirmanına su tökmək yolu tuturlar. Xüsusilə də Müsavat, AXCP, Milli Şura təmsilçiləri xaricdən hansı havanı sifariş verirlərsə, həmin havanın sədaları altında çirkin oyunlar qurub, ölkə də sabitliyə xələl gətirməyə hesablanan addımlar atırlar.

Əli Kərimli deyilən SOROS-un kuklası başının təxribatçı trol dəstəsi ilə hər gün, səhərdən axşama qədər nəzarətsiz zona hesab olunan sosial şəbəkələr də pozuculuğa hesabalanan statuslar paylaşır. Hətta Ə.Kərimli o dərəcə təsir altındadır ki, sosial şəbəkə hesabında iddia edir ki, guya Azərbaycanda “siyasi məhbus”lar var. Həm də sayıqlamasında qeyd edir ki, seçkilər qeyr-demokratik keçirilir. Adama deyən lazımdır ki, “siyasi məhbus” anlayışını hansı kriteriya əsasında formalaşdırıb, dilə gətirirsən?

İkincisi, Qubad İbadoğlu, Tofiq Yaqublu və ya Nazim Baydəmirli nə zamandan “siyasi məhbus” olublar? Azərbaycan hüquq-mühafizə orqanları əsaslı faktlar əsasında sözügedən şəxslərin cinayət törətdiklərini sübuta yetirib. Təbii ki, məhkəmə məsələyə hüquqi qiymət verəcək. Ona görə də, hay-küy qaldırmaq mənasızdır, bu hal istintaq orqanlarına bilərəkdən təzyiq etmək cəhddir ki bu da qanunvericiyə görə yolverilməzdir.

“İt motaldan əl çəkdi, motal itdən əl çəkmədi”

Q.İbadoğlunun qardaşı, deputat Vüqar Bayramlı qardaşının həbs olunmasından müxalif şəxslərin siyasi divident əldə etmək üçün istifadə etməyə cəhd etmələrinin iyrənclik olduğunu bildirib: “Cəmiyyətdə ciddi qəbul olunmayan bir sıra fiqurlar və xəbər portalları tərəfindən yayılan spekulyativ açıqlamalar sadəcə təəssüf doğurur.İnanırıq ki, araşdırmalar obyektiv aparılacaq və hüquqi dövlət prinsiplərinə uyğun ədalətli qərar qəbul ediləcək”.

Gözləmək olardı ki, qardaşının baş verənlərə sərt münasibətindən sonra Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri susacaqlar, əski mövqelərinə çəkilib məhkəmə qərarını gözləyəcəklər. Lakin “it motaldan əl çəkdi, motal itdən əl çəkmədi” məsəlinə uyğun olaraq Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri Q.İbadoğlunun yaxınlarının haqlı iradlarını nəzərə almayıb, öz qərəzli təxribatçı açıqlamalarını davam etdirirlər. Hətta utanıb çəkinmədən, bu və digər özlərindən uydurduqları məsəlinin insanlarla müzakirə etmək üçün mitinq keçirmək niyyətində olduqlarının bildirirlər. Söz yox ki, “siyasi məhbus” məsələsi bir bəhanədir. Başlıca məkrli niyyətləri mitinqlər vasitəsi ilə Bakı şəhərində təxribatlar törətmək və COP29 ərəfəsi bəzi beynəlxalq təşkilatların diqqətini özlərinə cəlb etməkdir.

Dağıdıcı müxalifət COP29 ərəfəsi təxribatlar törətməklə bəzi beynəlxalq təşkilatların diqqətini özlərinə cəlb etməyə çalışırlar

Məlum faktdır ki, ölkəmiz mühüm beynəlxalq tədbirə hazırlaşır. Noyabr ayında keçiriləcək COP29 konfransına 100 mindən çox qonağın gəlməsi planlaşdırılır. Bu məqsədlə ölkəmizin bütün müvafiq qurumları və əməkdaşları tədbirin ən yüksək formada keçirilməsi üçün səfərbər olunub. Bu məqam da Əli Kərimli icazəsiz aksiyalar keçirməklə bir neçə çirkin məqsəd güdür. Birincisi yuxarıda qeyd etdiyimiz kimi, əksər ölkələrdə yaşanan kövrək sabitliyi Azərbaycanda da yaşatmağa çalışacaqlar. İkincisi, COP29 ərəfəsi bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyini anladıqlarından polislə qarşıdurmalar yaratmaqla beynəlxalq təşkilatların diqqət mərkəzinə çevrilməyə ümid bəsləyirlər. Üçüncüsü isə, müxtəlif qarşıdurmalar və pozuculuq aktları ilə törətməklə maddi və mənəvi dəstək aldığı xarici şəbəkənin gözündə yüksəlməyə ümid edirlər. Lakin anlamırlar ki, çoban qoyun itindən sürüyə zərər verməyə çalışan qurddan qorunmaq üçün istifadə edir. Onun yeri evin kandarından yaxın ola bilməz. Yalı da quru kəpəyi keçməz. Bu baxımdan dağıdıcı müxalifət doğulub boya-başa çatdıqları ölkəsinə sifarişlər əsasında ziyan vurmağa çalışsalar da qazancları qəpik-quruşdan artıq olmayacaq. Digər tərəfdən çox cəhd etsələr də məkrli niyyətlərini reallaşdıra bilməyəcəklər. Çünki Azərbaycan dünyaya hökm edə biləcək böyük gücə malik dövlətdir. Bu baxımdan heç bir qüvvə, o cümlədən dağıdıcı müxalifət və onların havadarları ölkəmizdəki möhkəm əsaslara malik ictimai sabitliyi poza bilməz.

İLHAM ƏLİYEV

Digər xəbərlər