Siyasət

  • 735

«Human Rights Watch” qərəz və şantaj təhkilatı … - TƏHLİL

image

Bunu faktlar da sübuta yetirir

Məlum olduğu kimi, ikili standartlara əsaslanaraq Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən “Human Rights Watch” ölkəmizlə bağlı növbəti dəfə şər-böhtan dolu “hesabat” açıqlayıb. Belə ki, mənzil qərargahı Vaşinqtonda yerləşən qeyri hökumət təşkilatı - “Freedom House” “2024-cü ildə dünyada azadlıq” adlı hesabatında Qarabağı könüllü tərk etmiş erməni əsilli sakinlərə qarşı guya “etnik təmizləmə” aparıldığını iddia edib. Üstəlik, Azərbaycanın əzəli və əbədi torpağı Qarabağı “mübahisəli ərazilər” kimi göstərib.

Ümumiyyətlə, Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsi, çoxşaxəli islahatların reallaşdırılması, siyasi arenada söz sahibinə çevrilməsi və bu kimi digər əhəmiyyətli amillərə söykənən inkişaf trayektroyasını genişləndirməsi bir sıra beynəlxalq qurumların, o cümlədən, "Human Rights Watch"ın zaman-zaman təşvişinə səbəb olub. Bu tipli "insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər. Bu təəccüb doğurmur. Xislətləri budur. Bu təşkilat indiyədək bir dəfə də olsun Azərbaycana edilən təcavüzü, erməni terrorçularının Azərbaycan ərazisində törətdikləri terror aktları ilə bağlı məsələ qaldırmayıb. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurd-yuvalarından didərgin düşüb Azərbaycanın digər yerlərinə pənah gətirməsi, onların təməl insan hüquqlarının pozulması məsələsi bir dəfə bu təşkilat tərəfindən qaldırılıb? İkincisi, 19-20 sentyabr tarixlərində qalib Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra erməniəsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk etdilər. Üçüncüsü isə, halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı və bunu beynəlxalq təşkilatlar da təsdiq etmişdi. Və bunun üçün onlardan yalnız bir şey tələb olunurdu: Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımız çərçivəsində yaşamaq. Ancaq illərlə beyinləri “miatsumla” yuyulmuş haylar Ermənistana üz tutmağa üstünlük verdilər. Azərbaycan da onların onların sərbəst və təhlükəsiz keçidini təmin etdi. Bu baxımlan da, həmin erməniəsilli şəxslərin “etnik təmizləmə”yə məruz qaldıqlarını iddia etmək absurddur.

QƏRBİ AZƏRBAYCAN İCMASI “FREEDOM HOUSE” TƏŞKİLATINI SİYASİ DAİRƏLƏRİN ƏLİNDƏ ALƏT OLMAMAĞA ÇAĞIRIB

Qərbi Azərbaycan İcmasının qəbul etdiyi bəyanatında bildirilir ki, “Xalqlar keçiddə 2024” adlı hesabat hazırda beynəlxalq aləmdə cərəyan edən geosiyasi qarşıdurmaya ideoloji rəng verməyə çalışır. Hesabatın müəllifləri açıq-aşkar qızışdırıdıcı yanaşma tutaraq, diplomatiya və qarşılıqlı anlaşmaya qarşı çıxır və ayırıcı xətləri dərinləşdirərək dövlətləri bu və ya digər düşərgəyə aid edirlər. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini və müstəqil siyasət yürütməsini həzm edə bilməyən hesabatın sifarişçiləri, 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror tədbirlərinin guya insan hüquqlarını pozduğunu iddia edirlər. Ümumilikdə zərərli və yanlış olan hesabatda Azərbaycanın xüsusi hədəfə alınması “Freedom House”da kök salmış, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin fəaliyyətinin nəticəsidir. “Freedom House”un erməni əməkdaşları insan hüquqları kimi ali dəyəri müdafiə etmək əvəzinə milli təəssübkeşlikdən çıxış edərək Azərbaycan qara yaxırlar. Qərbi Azərbaycan İcması “Freedom House”un irqçi düşüncəli dairələrin təsirinə düşərək öz mötəbərliyini itirməsindən təəssüflənir, təşkilatı siyasi dairələrin əlində alət olmamağa, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağırır.

BU QURUMUN “FƏALİYYƏT PRİNSİPİ” BİLAVASİTƏ İNKİŞAF ETMƏK QƏTİYYƏTİNİ ORTAYA QOYAN ÖLKƏLƏRƏ QARŞI İSTİQAMƏTLƏNİB VƏ AZƏRBAYCAN BU SIRALAMADA DAİM HƏDƏFƏ GÖTÜRÜLMƏKDƏDİR

Söz yox ki, bu qurumun “fəaliyyət prinsipi” bilavasitə inkişaf etmək qətiyyətini ortaya qoyan ölkələrə qarşı istiqamətlənib və Azərbaycan bu sıralamada daim hədəfə götürülməkdədir. O da sirr deyil ki, "Human Rights Watch" kimi təşkilatlartın qərəzləri arxasında dayanan əsas təkanverici mənbə Qərbdə fəaliyyət göstərən güclü və zəngin erməni lobbisidir. Məhz bu baxımdan, mayaları böhtan və qərəzdən, siyasi şantaj üsullarından yoğrulmuş bu tipli "insan hüquqlarının müdafiəsi" təşkilatları beynəlxalq ictimaiyyətdə Azərbaycan əleyhinə mənfi rəy yaratmağa cəhd edirlər.

Çirkli pullar, siyasi korrupsiya hesabına "hesabatlar" yayan belə ikiüzlü qurumlara artıq inanan da yoxdur. Çünki onların hazırladıqları yalanla dolu hesabatlar, artıq bu qurumların iç üzünü və xəbis niyyətlərini çoxdan ortaya qoyub. Məsələn, üzə çıxan və ifşa olunan məqamlardan biri də budur ki "Human Rights Watch" hər il, demək olar ki, eyni məzmunlu "hesabatlar" hazırlamaqla, sadəcə, rəqəm dəyişiklikləri edir. Bu isə qurumun yalanlarını aşkar şəkildə üzə çıxarmış olur.

TƏŞKİLAT DAHA ÇOX AZƏRBAYCANDA "MÜXALİFƏT" ADI ALTINDA FƏALİYYƏT GÖSTƏRƏN RADİKAL VƏ DAĞIDICI SİYASİ PARTİYALARIN DIRNAQARASI ƏMƏYİNDƏN "FAYDALANIR"

Digər tərəfdən, o da gizlin deyil ki, ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan "Human Rights Watch" təşkilatı daha çox Azərbaycanda "müxalifət" adı altında fəaliyyət göstərən radikal və dağıdıcı siyasi partiyaların dırnaqarası əməyindən "faydalanır". Ona görə də, "Human Rights Watch" təşkilatı öz ciddiliyini itirib. Yəni qeyri-ciddi qurumlarla əlbir olan hər hansı bir təşkilatın ciddiliyindən söhbət gedə bilməz. Burada digər bir neçə məqamlara nəzər salaq. Məsələn, ölkə rəhbərliyinin davamlı şəkildə humanist addımlarına kölgə salmağa cəhd edən "Human Rights Watch" zaman-zaman iddia edib ki, Azərbaycanda hər il reallaşdırılan əfv fərmanları (burada müxtəlif cinayətlər törətmiş, vəzifə səlahiyyətlərinə aid olmayan qanunsuzluqlara yol vermiş jurnalistlər nəzərdə tutulub) sən demə, "ədalətli" hal deyilmiş (?!-R.N.) Belə bir “hesabat” ötənlərdə verilmişdi. Lakin maraqlıdır, əgər həqiqətən də, belədirsə, bu zaman nəyə görə həmin təşkilat Qərbdə müxtəlif xüsusi xidmət orqanları tərəfindən təqib olunan jurnalistlərin hüquqlarının müdafiəsinə qalxmır? Əgər bu qurum bu qədər ədalətsevərdisə, fəaliyyət göstərdiyi məkandan minlərlə km aralıdakı hadisələri deyil, Qərbdə - burnunun ucunda yaşanan qeyri-insani davranışlara, anti-demokratik meyillərə hesabat hazırlayardı.

Ümumiyyətlə, "Human Rights Watch"ın Azərbaycanla bağlı hesabatı heç nəyi dəyişməyib və həmin çirkin ənənə davam edir. Radikal dini terrorçuları, məişət cinayətləri törədən "müxalifətçiləri", daha kimləri və kimləri ortaya ataraq, onların adlarını "siyasi məhbus" qoyan bu qərəzli və siyasi həyasızlıq tərənnümçüsü bəlkə də özü də öz "hesabatına" inanmır. Lakin inansa da, inanmasa da, fakt budur ki, "Human Rights Watch" adlı təşkilat ciddi qəbul edilmir və bu təşkilatın Azərbaycanla bağlı verdiyi qərarların da heç bir əhəmiyyəti olmayıb, yoxdur və olmayacaq da...Çünki bu "demokratiya carçılarının " əsl siması budur. Ancaq bu ermənipərəst beynəlxalq təşkilatlar nə qədər qərəzli kampaniyalar aprarsalar da, ötən ilin sentyabr ayının 19-da Ali Baş Komandanımızın yenə də «Dəmir Yumruq» siyasəti ilə həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycanın öz ərazilərinin bütövlüyü uğrunda apardığı ədalətli savaşın son və ən parlaq nöqtəsini qoydu. 24 saat belə çatmayan zamanda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu və tam şəkildə tərksilah olunaraq ərazimizi tərk etdilər. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika, o cümlədən 90-dan artıq döyüş mövqeyi və bir sıra strateji əhəmiyyətli obyektlər nəzarətə götürülüb, həmçinin 7 avtomobil, 1 tank və 4 minaatan və 2 piyada döyüş maşını qənimət kimi götürüldü. Sözsüz ki, nəticə belə olmalı idi. Çünki biz haqq yalundayıq.

Azərbaycan Prezidenti, Ali Baş Komadan İlham Əliyev cənablarının ötən ilin sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirmişdir: "20 sentyabrda biz suverenliyimizi artıq bərpa etmişik. Bundan sonra da sülh sazişinin tezliklə imzalanması daha asan olacaqdır".

Beləliklə də, ayrı-ayrı qrupların və satqınların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlardan faydalanan ”Freedom House", “Human Rights Watch”, “Amnesty International ” və digər ermənipərəst qurumlar zaman-zaman ölkəmiz haqqında qərəzli hesabatlar hazırlasalar da, niyyətlərinə nail ola bilməyiblər, bilməyəcəklər də!

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər