Siyasət

  • 1 005

"Gənclərin və gənc ailələrin şəhərlərə axını baş verir" - Naqif Həmzəyev

image

"Gənclərin və gənc ailələrin şəhərlərə axını baş verir. Düzdür, bu hallar əvvəllər də var idi. Lakin indi anormal şəkildə davam edir. İnsanlar torpaqlarını satıb icarəyə verirlər. Halbuki, kəndlər daha yaşanılası yerlərdir. Biz ekoloji, təmiz mühitdən danışırıq. Ancaq kəndlə şəhər arasında uçurumu aradan qaldırmalıyıq". SİA xəbər verir ki, bu sözləri deputat Naqif Həmzəyev deyib.Onun sözlərinə görə, kəndlərdə təmiz torpaq, hava var: "Bununla bağlı problem məlumdur? Statistik məlumatlar varmı? Onlar şəhərlərdə yaşayır, kəndlərdə qeydiyyatdadırlar. İstərdim ki, bu mövzu ilə bağlı məsələlər həll olunsun".

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər