Siyasət

  • 1 650

Əcnəbi ekspertlər: “Ermənistan Qərbin oyununda piyadadır” - RƏYLƏR

image

Rusiya siyasətçiləri kollektiv Qərbi tənqid etməklə yanaşı, ən azı bir məsələdə haqlıdırlar: Rusiya ilə sərhədlərdə vəziyyətin sabitliyini pozmaq üçün Aİ və ABŞ hər şeyə hazırdır, o cümlədən Rusiya Federasiyasının sərhədlərində yerləşən ölkələrdə sülhü qurban vermək üçün. Belə ki, Minskdə keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Lavrov xüsusilə qeyd edib ki,“ABŞ və onun peykləri Ermənistan və Azərbaycan arasında Rusiyanın köməyi ilə əldə etdiyi razılaşmaların yerinə yetirilməsinə xələl gətirməyə çalışır”. O, həmçinin bildirib ki, kollektiv Qərb Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. Əgər Aİ və ABŞ-ın İrəvanı maliyyə və hərbi yardımla, yəni, rüşvətlə “əmizdirməyə” necə çalışdığına diqqətlə baxsanız, Lavrovun nə demək istədiyi aydın olar.

Rusiya və Belarus politoloqları Qərbin Cənubi Qafqazdakı fəaliyyətini necə qiymətləndirir? Onlar Aİ və ABŞ siyasətinin nəyi hədəflədiyini düşünürlər?

Sankt-Peterburq Dövlət Universitetinin professoru, rusiyalı politoloq Nikolay Mejeviçin fikrincə, əslində Qərb üçün nə ermənipərəst, nə də Azərbaycanpərəst siyasət xarakterik deyil. “Bakıda və İrəvanda tez-tez belə bir fikir yaranır ki, Qərb bu və ya digər tərəfdə oynayır. Amma reallıqda bütün məsələ ondan ibarətdir ki, indi Qərb ölkələrinin strategiyası Avropanın şərqində yerləşən bütün ərazilərdə qeyri-sabitlik meydanı yaratmağa yönəlib.

Qərbdə son illərdə rahat siyasi və iqtisadi mövcudluq sistemi dağılana qədər kifayət qədər yaxşı yaşadılar. Ona görə də Qərbin, xüsusən də Aİ-nin səyləri indi öz sərhədləri ətrafında xaos zonası yaratmağa yönəlib ki, bunun fonunda onlar öz problemlərini mümkün qədər daxili seçicidən gizlətsinlər və xalqın diqqətini xarici qıcıqlandırıcılara yönəldə bilsinlər. Bundan əlavə, Cənubi Qafqazda alov yandırmaq cəhdi həm də Avropanın siyasi rəqiblərini zərərsizləşdirmək üçün bir oyundur. Xüsusilə, güclü xarici siyasəti ilə Köhnə Dünyadakı siyasi planlarını dalana dirəyəcək Avropa meydanından Cənubi Qafqazdakı problemlərə yönələn Türkiyəni. Amma prinsip eynidir- diqqəti dəyişmək”.

Belaruslu politoloq Svetlana Korniçenkonun fikrincə, Qərb öz səhvlərindən nəticə çıxarmır, yalnız bütün Avrasiyada qarşıdurmanı qızışdırmağa çalışır.

“Problem ondadır ki, Avropa elitaları ABŞ-dan təsirlənir, ABŞ isə, prinsipcə, öz strateji maraqlarına görə son dərəcə amansızdır, o cümlədən Avropanın özündə sülh və sabitliyin itməsindən çox narahat deyil. ABŞ-ın iradəsini ifadə edən Aİ indi bu regionda ziddiyyətləri qızışdırmaqla və Ermənistanı həvəsləndirməklə vəziyyəti sülhə deyil, müharibəyə doğru apardıqları barədə çox düşünmədən Cənubi Qafqazda nifaq salmağa, regionda yeni eskalasiya yaratmağa çalışır. Tamamilə aydındır ki, Qərb Ermənistanı dəstəkləməklə yeni effekt əldə etmək ümidindədir: revanşist əhval-ruhiyyəyə qapılan İrəvan regionda yeni eskalasiya təşkil edəcək, Avropanın sərhədlərindən çox da uzaqda olmayan yeni qaynar nöqtə yaradacaq.

İndi Transxəzər dəhlizi ilə Rusiyadan yan keçərək ticarət yolları yaradan, maliyyə və siyasi resurslarını buna sərf edən Avropa ölkələrinə bu nəyə lazımdır? Cənubi Qafqazdakı münaqişə Rusiya üçün o qədər problem yaratmaz, çünki onun Ermənistanla ümumi sərhədi yoxdur, lakin regionda vəziyyətin gərginləşməsi Aİ-nin özünün planlarına zərbə vuracaq və çox güman ki, Azərbaycanla əməkdaşlığa xələl gətirəcək. Aİ-nin enerji resurslarının mühüm təchizatçısıdır. Aydındır ki, Avropanın özü üçün bu, son dərəcə əlverişsiz ssenaridir, lakin hadisələrin bu cür inkişafı ABŞ-a çox yarayır. Axmaq və dar düşüncəli Ermənistan isə bu oyunda sadəcə olaraq piyada rolunu oynayır. Lakin Qərbin bu oyunu müvəqqəti xarakter daşıyır və uzunmüddətli perspektivdə heç nəyə gətirib çıxarmayacaq, çünki Azərbaycan və Türkiyənin birliyi, Bakı ilə Moskvanın güclü əməkdaşlığı, fikrimcə, regionda siyasi tarazlığın sabit düsturunu yaradır. Bu əməkdaşlıqlar kənardan gələn qüvvələrin körüklədiyi bütün yanğınları söndürəcək”.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər