Siyasət

  • 549

YAP Yasamal rayon təşkilatında tədbir keçirilib - FOTOLAR

image

YAP Yasamal rayon təşkilatı və “A.M.Şərifzadə küç. 2” (AМЕА A.Qarayev ad. Fiziologiya institutu) Ərazi Partiya Təşkilatı ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il Sərəncamı ilə qəbul olunan 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”nə əsasən “Yaşıl dünya naminə” adlı tədbir keçirilib.İlk öncə Dövlət Himni səsləndirilib.

Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olan videoçarx nümayiş etdirilib.Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin “COP29” kimi böyük bir beynəlxalq tədbirə ev sahibliyi etməsini çox böyük əlamətdar hadisə və etimad olduğunu bildirib. Bu etimadın təməlində isə ulu öndər Heydər Əliyev siyasətini, ideyaları layiqincə davam etdirən cənab prezident İlham Əliyevin olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarını təmin etmək naminə təbii ehtiyatlardan səmərəli istifadə etməkdir. Ulu Öndərin ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, görülən işlər ekologiya və ətraf mühitin mühafizəsi sahəsində yeni uğurların əldə olunmasına təkan vermişdir.

Çıxış edən İqtisad universitetinin Türk dünyası kafedrasının müdiri Mehmet Yüce qardaş ölkə Azərbaycana böyük bir beynəlxalq tədbirə “COP29”-a ev sahibliyi etməsi münasibətilə uğurlar arzulayıb. Mehmet Yüce qeyd edib ki, Türkiyə Azərbaycanın hər zaman yanındadır və hər zaman dəstəyini göstərir. Bu dəstəyin istənilən sahədə göstərildiyini o cümlədən ekoloji mühitin yaxşılaşdırılması prosesində birgə fəaliyyətin mühüm faktor olduğunu vurğulayıb. Mehmet Yüce qeyd edib ki, Cənubi Qafqazda Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzi ilk olaraq Azərbaycanda yaradılıb. Azərbaycan Xəzəryanı ölkələr arasında yeganə dövlətdir ki, dənizin və onun su hövzəsinin və sahillərinin çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirlər həyata keçirir.

Sonra çıxış edən Elm və Təhsil nazirliyi, A.Qarayev adına Fiziologiya institutunun baş meneceri, “A.M.Şərifzadə küç. 2” ƏPT sədri Könül İbrahimova “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmasını bildirib və ümdə məsələlərdən biri kimi azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunmasını, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsini, “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsini ekosistemə yeni yanaşma olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Elm və Təhsil nazirliyi, A.Qarayev adına Fiziologiya institutunun təchizat şöbəsinin rəisi Rəhman qeyd edib ki, 2003-cü ildə “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişaf üzrə Milli proqram” qəbul olunmuşdur. Milliliyin inkişaf məqsədlərindən biri olan ətraf mühitin davamlılığını təmin etmək üzrə fəaliyyət proqramına uyğun olaraq davamlı inkişaf prinsipləri dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirilir. Bu istiqamətdə çirklənmiş ərazilərin bərpası, meşə ilə örtülü ərazilərin artırılması, bitki və heyvanat aləminin qorunması, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılması başlıca fəaliyyət proqramı kimi həmişə diqqət mərkəzindədir.

Sonda çıxış edən “Demokratik Cəmiyyət Və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi”nin sədri Mehriban Abdullayeva bildirib ki, insan doğulan andan təbiətlə sıx əlaqədə olur. Nəfəs aldığı hava, qidalandığı məhsullar ekoloji cəhətdən sağlam, qidamızın mənbəyi torpaq-bitki örtüyü münbit olmasa, cəmiyyətin əsasını təşkil insan sağlam yaşaya bilməz, səmərəli fəaliyyət göstərmək imkanı əldə etməz. Bir sözlə, insan, təbiət və cəmiyyət üçlüyünü bir-birindən ayrı təsəvvür etmək mümkün deyil.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Digər xəbərlər