Siyasət

  • 555

Davamlı inkişafın göstəriciləri. - ŞƏRH

image

Azərbaycan son illər ərzində Prezident cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib, sosial məsələlər uğurla həll olunub.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış mühüm nailiyyətlərdən biri ölkəmizdə möhkəm sabitliyin təmin olunması və etibarlı təhlükəsizlik mühitinin yaradılmasıdır. Azərbaycan sabitlik adası kimi bir çox ölkələr üçün örnəkdir, ölkəmizdə təhlükəsizlik mühiti hökm sürür.

Azərbaycan Prezident cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib, vətəndaşların rifahı daha da yaxşılaşıb. Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət dayanır. Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir.

Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirak etmişdir və Dövlət Başçısı təməlqoyma mərasimində çıxışı zamanı bildirmişdir ki, Azərbaycan güclü, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq.

Qeyri-neft sektorunun inkişafı əsas hədəflər sırasındadır. Regionların malik olduqları potensialdan səmərəli istifadə etmək üçün bütün zəruri addımlar atılır. İnfrastrukturun yenilənməsi, təkmilləşməsi ilk gündən qarşıya əsas vəzifə kimi qoyulub. Bu gün qürurla bu mühüm məqamı qeyd edirik ki, bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz inkişaf dövrünü yaşayır. Cənab İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Təkcə son günlərdə Hacıqabul və Qəbələ rayonlarına, Gəncə şəhərinə səfəri zamanı atılan addımlara diqqət yetirmək kifayətdir.Azərbaycan Prezident cənab İlham Əliyevin uğurlu inkişaf siyasəti vətəndaş məmnunluğunu təmin edib. Çünki əhalinin rifah halı daha da yaxşılaşıb, ölkəmizin tərəqqisi insanların həyatında müsbət dəyişikliklərin meydana çıxmasına səbəb olub. Azərbaycanın dayanıqlı inkişafının mütəmadi xarakter daşıması insanların gələcəyə inamla baxmasına əsas yaradıb. Bütün bunlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin alternativsiz olduğunu göstərir.

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər