Siyasət

  • 1 013

YAP Kürdəmir rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTOLAR

image

18 aprel 2024-cü il tarixdə YAP Kürdəmir rayon təşkilatının “Kürdəmir Rayon Psixiatriya Xəstəxanası” ərazi partiya təşkilatı yaradılıb. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının əməkdaşları Məhəmməd Heydərli və Fuad Qubatov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, Kürdəmir Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Mahir Mirzəyev müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Mahir Mirzəyev bildirib ki, bu gün Azərbaycan keşməkeşli tarixi dövrlərdən sonra Vətən müharibəsinin təntənəli Zəfərini yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. O, həmçinin partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, təxminən 800 minə yaxın üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına şərait yaradacaqdır. Bu səbəbdən, YAP Kürdəmir rayon təşkilatının nəzdində “Kürdəmir Rayon Psixiatriya Xəstəxanası” ərazi partiya təşkilatının yaradılması məqsədilə kollektivin partiya üzvləri rayon təşkilatına müraciət ediblər. Müraciətlərinə müsbət cavab verildiyi üçün Mahir Mirzəyev öz minnətdarlığını bildirib.

Daha sonra digər çıxışçılar Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol və yeni ərazi partiya təşkilatının yaranmasının əhəmiyyətindən danışıblar. Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Mahir Mirzəyev yekdil səslə ərazi partiya təşkilatının sədri, Vüsal Məmmədli isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

Məhəmməd Heydərli yeni seçilmiş ərazi partiya təşkilat sədri Mahir Mirzəyevi və sədr müavini Vüsal Məmmədlini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Digər xəbərlər