Siyasət

  • 374

Tarixi qələbənin möhtəşəm hissləri - TƏHLİL

image

Rusiyanın hərbi kontingenti ərazidən çıxarılmasına başlanılıb, Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətlərinin isə dayandırılması barə də qərar verilib

O tarixi günü yaddan çıxartmaq mümkün deyil. Həmin gün, yəni iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Şuşa şəhərinə səfərləri zamanı yol üstü maşınlarını saxlayıb, hər iki dövlət başçıları ətrafı seyr etdilər. Bu zaman Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əli ilə Xankəndi şəhərini göstərib, “otelimiz oradadadır” sualını edincə, Fateh Sərkərdə İlham Əliyev gülərək “ o da olacaq” cavabını verdi. O şirin söhbətdən qısa vaxt keçdi, artıq biz Xankəndi şəhərindəyik. Yaxın vaxtlar da isə Xankəndi və ətraf kənd və qəsəbələrin sakinləri öz doğma yurd –yuvalarına qayıdacaqlar. Bununla da o ərazilərə yeni nəfəs, yeni rəng qatılacaq. Söz yox ki, işağldan azad edilən ərazilər yenidən qurulacaq, insanlarımızda doğma yurdlarına dönəcəklər, lakin ermənilərin o yerlərdə törətdikləri vandalizm aktları, soydaşlarımıza qarşı törətdikləri vəhşilikləd heç zaman unudulmayacaq. Bəlkə də nə zamansa ermənilərlə sülh müqaviləsi imzalansın, hətta gediş gəlişdə olsun. Bu hal arzuolunmasa da bəşəriyyətin mövcud reallığıdır. Ancaq əminliklər demək olar ki, uca millətimiz heç bir vaxt erməni vəhşiliklərini, vandalizm əməllərini yaddan çıxartmayacağıq. Söz yox ki, bəşər övladı dinindən, irqindən, tutduğu mövqeyindən asılı olmayaraq kimsə müharibə arzu etməz və ölkəsinin odlu-alovlu olmasını istəməz. Allahın yaratdığı bütün varlıqlar sülh, əmin-amanlıq içində yaşamaq, səmasının aydın, torpağının rahat nəfəsini duymaq istəyir. Amma haqqının tapdandığı, torpağının işğal edildiyi, insanlarının qətliamlara düçar olub, ev-eşiyindən zor gücünə didərgin salınmasına heç bir halda dözmək olmaz. Bir növ döyüş meydanında ədaləti bərpa etmək vacibdir. Necə ki, faşist təfəkkürlü Ermənistan rəhbərliyi 1991-1993-cü illərdə Azərbaycanda yaranan hakimiyyət böhranından, AXC-Müsavat iqtidarının səriştəsizliyindən istifadə edərək 20 faiz torpaqlarımızı işğala edib, 1 milyona yaxın insanı ev -eşiyindən didərgin salmışdır.

Hərbi zəfər Azərbaycanın qarşsında dayana biləcək qüvvənin olmadığını göstərdi

Erməni işğalı 30 il çəkdi. Bu müddət ərzində ermənilərlə anlaşmaq mümkün olmadı. Onlar sülh yolu ilə işğal etdikləri torpaqlarımızı azad etməkdən imtina etdilər. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd qətnamə qəbul etdi, AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə sülh danışıqlarda nəticəsiz qaldı. Ermənistan isə bu çağırışlara, qətnamələrə əməl etmədi, əksinə Azərbaycan xalqının hisləri ilə oynayan addımlar atıb, açıqlamalar verdi. Ermənistanın baş naziri Nikol Paşinyan içkili vəziyyət də Şuşada rəqs etdi, “Qarabağ Ermənistandır, nöqtə” deyə sərsəm fikirlər səsləndirdi. Bütün bunlar problemin sülh yolu həllinin mümkün olmayacağını nümyaiş etdirdi. Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində torpaqlarımız Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad edildi. 44 günlük müharibə ilə Ermənistanın 30 ilə yaxındır ki, qurduğu mühəndis-istekam qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Dəyəri 5 milyard ABŞ dolları olan hərbi texnikası qənimət olarq götürüldü. Sonrakı mərhələ də, yəni 2023-cü il sentyabrın 19 başlayan və 23 saat 44 dəqiqə çəkən antiterror əməliyyatları ilə bölgədə ki bütütn terrorçular məhv edildi, ölməkdən qorxan separatçıların bir qismi müxtəlif yollarala qaçıb, Ermənistanda gizləndilər. Əsas terrorçubaşlar isə həbs edilərək Azərbaycan istintaq orqanlarına təhvil verildilər. Bu böyük qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin dediyi kimi, atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın: "Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq".

Azərbaycan hərb meydanında düşmənə layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və Prezident İlham Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edilib.Qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Fəxr edirik ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. Milli Məclisin Regional məsələlər Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Siyavuş Novruzov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində tarix yazdı: “30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi şanlı qələbəmizdir. Bütün dünya Azərbaycan dövlətinin qüdrətinə, xalqımızın mübarizə əzminə, ordumuzun rəşadətinə şahidlik etdi.Şübhəsiz ki, qarşıdakı dövrdə qalib ordumuzun qəhrəmanlığı, əsgər və zabitlərimizin igidliyi müxtəlif vasitələrdən istifadə etməklə geniş təbliğ edilməlidir. Bunlardan biri Vətən müharibəsi ilə bağlı həqiqətlərin orta məktəb dərsliklərinə salınmasıdır. Bu, şagirdlərdə vətənpərvərliyin formalaşdırılması və inkişafına xidmət etməklə yanaşı, gənclərin milli ruhda tərbiyəsinə böyük töhfə olar. İkinci məsələ odur ki, 44 günlük Vətən müharibəsi ilə bağlı filmlərin çəkilməsi də vacib əhəmiyyət daşıyır. Aidiyyəti qurumlar tərəfindən mütəmadi şəkildə təhlillərin, araşdırmaların aparması, düşmənin xalqımıza qarşı həyata keçirdiyi törətdiyi bütün cinayətlərin, kənd və şəhərlərimizdə törətdiyi vəhşiliklərin hər birinin tam aşkarlanması, yeni nəsillərə çatdırması olduqca önəmlidir". Qələbələrimizin təməli sentyabrın 27-də qoyulsa da demək olar ki, 8 noyabr 2020-ci il Qarabağımızın incisi Şuşanın azad edilməsi ilə Qarabağa qovuşduğumuz tarixdir. Bu Böyük Qələbə ilə Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməsi ilə nəticələndi.

Parlaq qələbədən sonra....

Ermənistanın müqavimət gücü tamamilə qırılandan sonra təslim olmağa məcbur oldu, təbii ki, Azərbaycanın bütün şərtlərini qəbul etməklə. Həmin tarixi gün də Fateh Sərkərdə, Prezident İlham Əliyev xalqa müjdəli müraciətində bildirdirdi ki, Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır: “30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik…

Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, “Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!” Hqqımız olan qələbə təntələni şəkildə qeyd olunmalı idi və oldu da. Noyabrın 10-da dostuları sevindirb, düşmənləri xar edən qələbə paradı keçirildi. Bu parad həm də işğal altında olmuş topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. “Azadlıq” meydanında keçirilən Qələbə Paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Parada, həmçinin, Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Qürurverici məqamlardan biri də ondan iobarət idi ki, müharibənin ilk günüdən ürəyi, qəlbi Qarabağla döyünən qardaş Türkiyənin hakimiyyəti, xüsusilə də Prezident Rəcəb Təyyub Ərdoğan Qələbə Pardında da Azərbaycanla birlikdə oldu. “Tarix təkrar olunur”-deyiblər.

Qələbə Paradında Türkiyə Ordusunun mehmeçikləri sıra keçidində qürurla və əzmlə keçdilər. Bu məqamda Türkiyə qardaşlarımızın bizə olan hədsiz rəğbətinin daha bir nümunəsi ondan ibarət idi ki, Qarabağda şəhid olan 2783 şəhidimiz sayında mehmetçik sıra keçidində iştirak etdilər. Əhsən belə qardaşlığa, var olsun belə birlik. Söz yox ki, qələbə paradımızın yolu uğurlu və xeyirli olacaq. Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılmaqla yanaşı, həm də zamanında Ermənistana pay olaraq verilən Zəngəzurun, Göyçənin, İrəvanın Böyük Azərbaycan torpaqlarına qatılmasına işartı olacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin Qələbə Paradında dediyi fikirlərdə ümidləri artırır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Pardında Zəngəzurun, Göyçənin, İrəvan mahalının bizim tarixi torpaqlarımız olduğunu bildirdi: “Azərbaycan 30 ilə yaxın işğal altında yaşayırdı. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olub. Əslində, Ermənistanın aqresiv təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlamışdır. O vaxt indiki Ermənistan respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb”.

Hazırda Qarabağımız dinclik dövrünü yaşayır. Bu günlər bölkəyə müvəqqəti yerləşdirilmiş Rusiyanın hərbi kontingenti ərazidən çıxarılmasına başlanılıb. Yaxın günlər də tamamilə Rusiyanın hərbi kontingenti ərazini tərk edəcək. Daha bir müjdəli xəbər isə, Ağdamda qurulan Rusiya-Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətlərinin dayandırılması barə də qərarın verilməsidir. Bütün bunlar Azərbaycanın böyük gücə və qüdrətə malik dövlət olmasıdır. Zamanında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Azərbaycan dünyayay günəş kimi doğazcaq”. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev isə çıxışlarının birində demişdir: “Biz Qarabağı cənnətə çevirəcəyik”. Uğurlar, nailiyyətlər Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dediyi tarixi fikirlər reallaşmağa başladığını göstəririr.

İLHAM ƏLİYEV

Digər xəbərlər