Siyasət

  • 856

"Fransa bizə qarşı müxtəlif sənədlərin qəbul edilməsi üçün xüsusi fəallıq göstərib" - Nizami Səfərov

image

"Fransa BMT-nin Təhlükəsizlik Şurası, Avropa İttifaqının Parlamenti və digər beynəlxalq platformalarda Azərbaycana qarşı müxtəlif sənədlərin qəbul edilməsi üçün xüsusi fəallıq nümayiş etdirib". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Nizami Səfərov parlamentin aprelin 19-da keçirilən plenar iclasında deyib.Deputat bildirib ki, Cənubi Qafqaz regionunda beynəlxalq sülhün və təhlükəsizlik rejimin bərqərar olunmasına heç bir maraq göstərməyən Fransa surətlə Ermənistanı silahlandırır və yenidən bu bölgəni münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atır: "Əlbəttə ki belə cəhdlərin qarşısı dövlətimiz tərəfindən qətiyyətlə alınacaq və istər iqtisadi, istərsə də hərbi cəhətdən regionun ən qüdrətli ölkəsi olaraq Azərbaycan gündəlikdə duran bütün problemləri ən səmərəli formada həll edəcək".

Digər xəbərlər