Siyasət

  • 1 308

"COP29-da 60 mindən çox adamın iştirak edəcəyi proqnozlaşdırılır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

image

"COP29 indiyə qədər Azərbaycanın təşkil etdiyi və ölkədə keçirilən ən böyük, ən izdihamlı tədbir olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.O bildirib ki, bu tədbirdə 60 mindən çox adamın iştirak edəcəyi proqnozlaşdırılır: "Bu tədbirin keçirilməsi ölkəmiz üçün olduqca böyük hadisədir. Birinci növbədə COP29 BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi layihəsi, xüsusi komissiyasının təşkil etdiyi dünyada ekologiyanın qorunması, istiləşmənin qarşısının alınması, korbonun havada azalması və yaşıl enerjiyə yaşıl işıq yandırması, təbiətin mühafizəsi ilə bağlı, insan sağlamlığının qorunmasına xidmət edən tədbirdir. İndiyə qədər 28 tədbir keçirilib. Sonuncu tədbir Dubayda keçirilmişdi. Azərbaycanda keçirilən tədbir də 29-cu tədbirdir. Rəqəm bu tədbirlərin sayını göstərir.Bu tədbirin ölkəmiz üçün olduqca böyük əhəmiyyəti var. Birinci növbədə Azərbaycanı dünya miqyasında tanıtmaq üçün Azərbaycanın gücünün, nüfuzunun, ölkədə görülən işlərin, aparılan layihələrin və perspektivlərin dünya, bəşəriyyətə çatdırmaq üçün olduqca vacib hadisədir. Digər tərəfdən təbiətin mühafizəsi sahəsində Azərbaycan da bir neft ölkəsi olaraq öz töhfəsini verdiyini dünyaya göstərməlidir. Çünki neft ölkələrinin çoxunu ittiham edirlər ki, torpağı korlayırlar, neft sıxıntıları, yaxud tullantıları ilə, radioaktivlik yüksəlir və sair. Eyni zamanda neft və qazdan enerjinin alınması prosesində havaya çoxlu karbon qazı buraxılır. Bu da təbiətin ziyanına işləyir. Belə olan halda Azərbaycanın belə bir tədbiri keçirməsi bir daha göstərəcək ki, Azərbaycan neft və qaz ölkəsi olmasına baxmayaraq həm ətraf mühitin mühafizəsi, həm təbiətin qorunması, həm havanın, torpağın çirklənməsindən mühafizəsi Azərbaycan tərəfindən yüksək səviyyədə həyata keçirilir"."Digər tərəfdən ölkəmizin beynəlxalq aləmdə daha güclü tərəfdaş kimi tanınmasına olduqca böyük dəstək verəcəkdir. COP29-da demək olar ki, dünyanın bütün ölkələrinin nümayəndələri iştirak edəcəklər. Ölkə rəhbərləri səviyyəsində təmsilçiliklər olacaqdır. Bu həm də bölgədə indiki zamanda mürəkkəb hərbi-siyasi zamanda Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu dünyaya göstərəcək. İqtisadi cəhətdən də gələcək üçün böyük perspektivlər vəd edən tədbirdir. COP29-da iştirak edən ölkələr, o ölkələrin biznes adamları, ölkənin müvafiq dövlət və hökumət qurumları öz aralarında, Azərbaycanla müqavilələr bağlaya bilərlər. Azərbaycanın biznes və turistik əhəmiyyətini artıran tədbirdir. Tədbirə gələcək 60 mindən çox qonağın hər biri Azərbaycandan xoş təəssüratla gedəcəksə, Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixini tanıyaraq öz ölkələrində də təbliğ etmək imkanları yaranacaq.Azərbaycanın ən böyük qarşıdakı perspektivlərindən biri Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etmək, orada ekoloji təmiz həyatı qurmaq, xüsusilə, "ağıllı kənd", "ağıllı şəhər" layihələri həyata keçirməkdir. Yaşıl artım ölkəsinə çevirməklə bölgə və ölkəmiz üçün COP29-dan alınan nəticələrin də böyük əhəmiyyəti olacaqdır. Azərbaycanın sürətli inkişafı, bu inkişaf fonunda həm də təbiəti, ekologiyanı qorumaq niyyətlərinin nə qədər real olduğu dünya ictimaiyyətinə çatdırılacaqdır" - deyə o, əlavə edib.
Müəllif: Söylü Ağazadə

Digər xəbərlər