Bu gün müstəqil Azərbaycan dövləti özünün ən parlaq və qürurverici tarixini yaşayır. Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, Fateh Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz prinsipial məqsəd və hədəflərinə çatır. Qalib xalqın Qalib Lideri olan, Fateh Sərkərdə, Prezident İlham Əliyev itirilmiş tarixi Azərbaycan torpaqlarını xalqımıza qaytarır. 2020-ci il sentyabrın 27-dən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın əldə etdiyi tarixi qələbələr - 44 günlük Vətən müharibəsi, 2023-cü il 20 sentyabr antiterror tədbirləri, 2024-cü il aprelin 18-dən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanıldı, eyni zamanda 2024-cü il aprelin 19-da 4 kəndin Azərbaycana qaytarılmasını təsdiq edən birgə bəyanat imzalandı. Bütün bu uğurlar Azərbaycanın dostlarını hədsiz dərəcə də sevindirir. Xalq son yaşanan hadisə münasibəti ilə bayram əhaval-ruhiyyəsindədir, insanlar sevinc göz yaşları içində Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkürlər etməklə bir-birini təbrik edirlər. Düşmən yenə də qəm dəryasındadır. Yenə də sayıqlamalar səsləndirir, bölgəyə sülhün və əmin-amanlığın gəlməsindən narahatlıqlarını ifadə edirlər. Yenə də sapı özümüzdən olan baltalar xalqın yanında deyil, düşmənin mövqeyindən çıxış etməyə üstünlük verir. Nə qədər millətin maraqlarına qarşı nifrət hissinə malikdilər ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına və 4 kəndin qaytarılmasına münasibət bildirmədilər. Daha doğrusu, xalqı təbrik etmək, gözaydınlığı verməkdən imtina etdilər. Əksinə, AXCP sədri Əli Kərimli Qənimət Zahidin TV-sinə açıqlamasında Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasını və 4 kəndin qaytarılmasını gözlənilən hal olduğunu və bundan sevinməyə dəymədiyini söyləyib. Halbuki bu məxluq bir qədər əvvəl sosial şəbəkə hesablarında sayıqlayırdı ki, rus sülhməramlıları bölgəni tərk etməyəcəklər. Həm də sərsəm tərzdə iddia edirdi ki, 4 kəndin qaytarılması mümkün görünmür. Eynilə “bir kənd alınsa, qulağımı kəsərəm” deyən həmkarı, cəbhəçi Qabil Məmmədov kimi ağzıgöyçəklik edirdi. Məlum olduğu kimi, Ə.Kərimlinin yaxın dostu, xaricdəki antimilli ünsürlərdən olan Q.Məmmədov şərəf və ləyaqətdən uzaq olduğu üçün qulağını kəsmədi. Əksinə, sifarişli şər və böhtan xarakterli ittihamlarını və söyüşlərini bir qədər də genişləndirdi. Ə.Kərimli də sərsəm proqnozlarına və təhlillərinə görə Azərbaycan xalqından üzr istəmədi. Çünki umacı şər və böhtandan yoğurulub.
“Milli Şura”nın “izdihamlı mitinqi” Ə.Kərimlinin son şousu olacaq
Əslində, Ə.Kərimlinin xalqın mənafeynə zidd açıqlamalar verib, addımlar atması başa düşüləndir. O mənada ki, bu məxluq başdan ayağa qədər erməni lobbisinin təsiri alındadır. Koçaryanın, Sarkisyanın mövqelərinə haqq qazandırması, 4 kəndin qaytarılmasına etiraz edib, aksiyalar keçirən “döyüş qardaşlığı” terror təşkilatının üzvləri kimi pozucu xarakterli fikirlər səsləndirməsi Ə.Kərimlinin və C.Həsənlinin erməni lobbisinin sifarişi ilə hərəkət etdiklərini göstərir. Əgər belə deyilsə, ittihamlara cavab versinlər. Doğrudan da əsl azərbaycanlıdılarsa və Azərbaycanın maraqlarına önəm verilərsə, niyə o zaman sülhməramlıların Azərbaycanı tək etməsinə və 4 kəndin qaytarılmasına görə hakimiyyətə təşəkkür edib, xalqı təbrik etmirlər? Birmənalı şəkildə demək olar ki, bu üzdəniraq məxluqlar gücə və mədəniyyətə malik deyillər ki, xalqın sevincinə şərik olsunlar. Çünki qeyd etdiyimiz kimi, müstəqil deyillər, erməni lobbisinə bağlıdılar. Bunu təsdiq edən başqa bir sübut onların zərurət olmadığı halda mitinq şousuna hazırlaşmalarıdır. Bəzi ermənipərəst dairələrin son siyasi, diplomatik qələbədən əndişələndiyi məqamda “Milli Şura” və AXCP mitinq keçirmək istəyinə düşüblər. Hansı sosial bazaya arxalanırlar? Müəmmalıdır və şübhəli görünür. Çünki sözügedən dağıdıcı ünsürlərin cəmiyyətdə heç bir sosial bazaları mövcud deyil. Bunu bir qədər əvvəl siyasi partiyaların təkrar qeydiyyatdan keçmələri zamanı lazım olan 5 min imzanı AXCP-nin toplaya bilməsi ilə sübuta yetirildi. O zaman AXCP-nin Ədliyyə Nazirliyinə təqdim etdiyi siyahıda 5315 nəfər üzvdən 2497 nəfər barədə məlumatlarda saxtakarlıqlar aşkarlandı. O cümlədən məlum oldu ki, 119 nəfər başqa partiyaların üzvləridir, 59 şəxs barədə məlumatlar təkrarlanıb, 609 nəfər isə ümumiyyətlə, AXCP üzvü deyil. Bu cür hal onu təsdiq etdi ki, Ə. Kərimli bütün siyasi fəaliyyəti yalnız saxtakarlıq üzərində qurulub, danışdıqları fikirlər yalandan başqa bir şey deyil. Dövlət böyüklük və humanistlik göstərərək AXCP-nin təkrar qeydiyyata alınmasına güzəştlər tətbiq etdi. Gözləmək olardı ki, Ə.Kərimli əlini sinəsinə qoyub, başını və sinəsini aşağı əyməklə təşəkkür ifadə edəcək. Lakin yekəxanalığı və özündən müştəbeh olması səbəbindən siyasi mədəniyyət nümayiş etdirmədi. İndi isə 5 min imzanı təkrar qeydiyyat üçün təqdim edə bilməyən AXCP mitinq keçirmək xülyasına düşüb. Gülüş doğuran hal ondan ibarətdir ki, Ə.Kərimli mayın 5-nə planlaşdırdığı aksiyanın izdihamlı olacağını iddia edir. Lakin bu məxluq başa düşmür ki, hansı gücünə arxalanıb “izdihamlı mitinq” keçirmək xülyasına düşmüsən? Sizlərin yaxın qohum-əqrəbanızdan, dost tanışınızdan başqa üzə çıxarılası qüvvəniz varmı? Təbii ki, yoxdur. Bunu söz yox ki, “Milli Şura”nın bivec məxluqları da anlayırlar. Lakin “SOROS” fondunun mitinqin keçirilməsi üçün ayırdığı maliyyə vəsaitinə iştəhalı olmaları aksiyanın təxirə salınmasına imkan vermir. Lakin reallıq ondan ibarətdir ki, mitinq baş tutmayacaq. Bu dəfə də Ə.Kərimli özündən uydurduğu yalanları ilə iflasa uğrayan aksiyasına don geyindirməyə çalışacaq.
İLHAM ƏLİYEV