Siyasət

  • 419

Haqlı da bizik, güclü də! - Torpaqların əsl sahiblərinin «BÖYÜK QAYIDIŞ»I TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: «Keçmiş məcburi köçkünlərlə görüşlərdə demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu»

Artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın da, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni, dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur.

«KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRLƏ GÖRÜŞLƏRDƏ DEMİŞDİM Kİ, SİZ ÖZ TORPAQLARINIZA QAYIDACAQSINIZ, BELƏ DƏ OLDU»

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qaytarıldığını vurğulayaraq bildirmişdir: «Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır».

«HAQLI DA BİZİK, GÜC DƏ BİZİM TƏRƏFİMİZDƏDİR, ZAMAN DA BİZİM MÖVQEYİMİZİ GÜCLƏNDİRİR, BEYNƏLXALQ HÜQUQ DA»

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində Ermənistana növbəti mesajını verdi və bildirdi ki, son iki il yarım ərzində Ordumuzu böyük dərəcədə gücləndirilib, Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibik və o mövqelərdə möhkəmlənirik, strateji yüksəkliklərdə olmağımız bizə strateji üstünlük təmin edir və biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik. Bu gün biz azad edilmiş torpaqlarda geniş quruculuq işləri ilə məşğuluq. Biz keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarırıq: «Əgər bütün bu amilləri Ermənistan və onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır».

Prezident İlham Əliyev bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və tezliklə doğma yurdlarından köçkün düşən soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacaqlarını deyib: «Keçmiş məcburi köçkünlər öz dədə-baba torpaqlarına qaytarılır. Onlarla görüşlər əsnasında mən demişdim ki, siz öz torpaqlarınıza qayıdacaqsınız, belə də oldu. Demişdim, biz heç vaxt imkan vermərik ki, ərazimizdə ikinci erməni dövləti yaradılsın, belə də oldu. Biz demişdik ki, düşməni torpaqlarımızdan qovacağıq, düşməni torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını bizim tarixi torpaqlarımızda qaldırdıq. Yəni, bu, böyük tarixi nailiyyətdir. Bu şanlı tarix Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır».

BU TORPAQLARIN SAHİBLƏRİ BİZİK - AZƏRBAYCAN XALQIDIR

Bu torpaqların sahibi Azərbaycan xalqı olduğu üçün də haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək öz torpaqlarımıza sahib olduq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 33 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Belə ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, aprelin 22-də Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub.

2026-CI İLİN SONUNADƏK QARABAĞA VƏ ŞƏRQİ ZƏNGƏZURA 140 MİNDƏN ARTIQ İNSANIN GERİ DÖNMƏSİ NƏZƏRDƏ TUTULUR

Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir çağırışı dövlətimizin ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə söykənir. Lokal antiterror tədbirlərindən sonra da belə qənaət yarandı ki, artıq sülh müqaviləsinin imzalanması üçün maneə yoxdur. Dövlət başçısının yuxarıda qeyd etdiyimiz fikirlərinə istinadən deyə bilərik ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesini uzatsa da belə Azərbaycan tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərini uğurla davam etdirir, sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyini möhkəmləndirir. Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə qeyd etdiyi kimi, üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard dollar həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard dolların ayrılacağı nəzərdə tutulur. “Biz Böyük Qayıdış Proqramını icra edirik” söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur: “Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür”.

Bəli, biz bu Qələbəyə layiqik! Arxada qalan hər gün Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü yaxınlaşdırır. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sıralaması genişlənir. Tarixi Zəfərimizin üçüncü ilinin mühüm qələbə səhifələrindən biri də Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə dalğalanmasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycan Bayrağını ucaltdıqdan sonra xalqa müraciətində Ermənistana və ona havadarlıq edən dövlətlərə mesaj kimi dəyərləndirilən “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın” fikirlərinin davamı olaraq bildirdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “ Doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Göründüyü kimi, günümüzün reallığı deməyə əsas verir ki, regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir və Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. Və arzuları gerçəyə çevirəcək Böyük Qayıdışa dair I Dövlət Proqramında əks olunan hədəf, məqsəd və vəzifələrin icrası bölgədə məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcək və bu nəzərdə tutulan tədbirlər strateji hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcəkdir. Həm də dünya bir daha şahidi olacaq ki, Prezident İlham Əliyev hər zamankı kimi verdiyi vədləri uğurla gerçəkləşdirən qətiyyətli liderdir və Azərbaycan düzgün yoldadır, uğurlu gələcəyə inamla addımlayır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər