Siyasət

  • 1 087

Ağcabədidə intellektual oyun üzrə bilik yarışmısı keçirilib FOTOLAR

image

YAP Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə könüllülər arasında “Parlaq Zəka” intellektual oyun müsabiqəsinin seçmə mərhələsi üzrə yarışlar keçirilib. Ümummilli Lider Heydər Əliyevin və Azəbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Yarışdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov tədbirin açılışında çıxış edərək qeyd edib ki, aprel ayının əvvəllərindən başlayaraq respublikamızın hər yerində olduğu kimi Ağcabədidə də Ulu Öndər Heydər Əliyevə həsr edilmiş çoxsaylı tədbirlər keçirilməyə başlanılmış və hazırda bu kimi tədbirlərin keçirilməsi davam edir.Bugünkü bilik yarışmasında Ağcabədi Pedaqoji kollecinin və ADPU-nun Ağcabədi filialının könüllüləri kubok uğrunda mübarizə aparacaqlar. Tədbirin ev sahibi olaraq tərəfimizdən hazırlıq işləri yüksək səviyyədə təşkil edilmişdir. Qaydalara müvafiq olaraq komandalar arasında ən yüksək xal toplayan 2 komanda finala vəsiqə qazanacaqdır.Müsabiqənin münsiflər heyyətinin sədri YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi Elşən Səfərov çıxış edərək müsabiqənin şərtləri barədə yarış iştirakçılarına məlumat verib. 15 turdan ibarət keçirilən müsabiqədə Ağcabədi Pedaqoji kollecinin “Zirvə” və ADPU-nun Ağcabədi filialınında isə “Aypara” komandası finala vəsiqə qazanmışdır. Ümumilikdə, finala vəsiqə qazanmış hər iki komanda 27 aprel tarixində I yer uğrunda yarışmada iştirak edəcəklər. Qalib komanda kuboka sahib olacaqdır.

Yarışın sonunda komandaların üzvləri xatirə şəkli çəkdiriblər.

Zümrüd Bayramova

Digər xəbərlər