Siyasət

  • 765

"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd olunur

image

"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.Qeyd olunub ki, ötən il aprelin 23-də xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsi qurulub.Yeni yaradılan məntəqədə Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib və dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilib.

Digər xəbərlər