Siyasət

  • 581

“Milli Şura” planlaşdırdığı aksiyada Makronun portretini qaldıra bilər ANALİZ

image

Harada çatışmazlıq, qüsur və ya məişət problemi varsa, oradan dağıdıcı müxalifətin hay-küyü eşidilir. Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və digərləri xor dərnəyinin cükküldəyən üzvləri kimi ağız-ağıza verib, xırda məişət problemini qlobal məsələ olaraq qabardıb, öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Gah deyirlər ki, sərbəst toplaşmaq azadlığı pozulur, gah iddia edirlər ki, əhalinin pul gəlirləri azalıb, bəzən də dərinə gedərək sayıqlamalar səsləndirirlər ki, insan azadlıqları sahəsində əngəllər var. Lakin özlərindən uydurub dilə gətirdikləri “problemlər”in necə və hansı formada dövriyyəyə buraxıldığını araşdırdıqda məlum olur ki, cəmiyyətin bu kimi hay-küylərdən xəbəri yoxdur. Daha doğrusu, ictimaiyyət dağıdıcı müxalif ünsürlərin hay-küylərinin kökündə hansı siyasi hiyləgərliklər dayandığını anladıqlarından, onların hay-küylərinə önəm vermirlər. Yəni mənasız boşboğazlıq kimi qiymətləndirib, rədd edirlər. Çünki cəmiyyət dağıdıcı müxalifətin xarici maraqlı dairələrin əlində alət olduğunu yaxşı bilir. Həm də onu da anlayır ki, xarici erməni lobbisinin maddi və mənəvi dəstəyidir ki, Ə.Kərimli, C.Həsənli, F.Qəhrəmanlı və digərləri milli və dövlətçilik maraqlarına ziyan vurmağa çalışırlar. Haqlı və əsaslı suallardan biri də ondan ibarətdir ki, nəyə görə dağıdıcı müxalifət Fransanın, Almaniyanın və Niderlandın qaranlıq dairələrinin Azərbaycana yönəlik qarayaxma kampaniyasına, xüsusilə də ermənilərin maraqlarına cavab verən qətnamələrinə cavab vermirlər? Əksinə, Avropa İttifaqının mövqeyini müdafiə edir və Azərbaycanla bağlı qərəzli qətnamələrinə haqq qazandırırlar. Bu isə onu təsdiq edir ki, Milli Şura və AXCP rəhbərliyi maddi maraqlarını sözügedən dövlətlərin qaranlıq şəbəkələrindən alırlar. Məhz ciblərinə axan çirkli pulların şirnikləndirici sehridir ki, “Milli Şura” və AXCP mayın 5-də mitinq keçirmək xülyasına düşüb. Hətta ultimativ şəkildə bəyan ediblər ki, əgər şəhərin mərkəzində aksiyanın keçirilməsinə icazə verilməsə, o zaman icazəsiz şəkildə - polislə qarşıdurmaya getməklə aksiyanın reallaşdırmağa çalışacaqlar.

Niyə “Milli Şura” icazəsiz aksiyaya meyil göstərir?

“Milli Şura” və AXCP funksionerləri hər məqamda bəyan edirlər ki, guya Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşma azadlığını pozur. Heç şübhəsiz ki, məntiqsiz və uydurulmuş iddiadır. Çünki hər bir kəsin, o cümlədən də siyasi partiyaların toplaşmaq azadlıqları qanunla tənzimlənir. Bu zaman heç kimə, heç bir siyasi partiyaya, ictimai birliklərə qadağa qoyulmur. Sadəcə, bütün dünyada olduğu Azərbaycanda da kütləvi tədbirlərin, aksiyaların keçirilməsi üçün müvafiq yerlər ayrılır. “Milli Şura” və AXCP üçün də hay-küy qaldırmaq və mənasız fikirlərini səsləndirmək üçün Qaradağ rayon stadionu ayrılıb. Ə.Kərimli, C.Həsənli isə məhz “28 may” və “Nərimanov” metrostansiyalarının önündə aksiya keçirməyi israr edir. Hansı həmin ərazilər əhalinin və avtomobillərin sıx hərəkət etdikləri yerlərdir. Necə ola bilər ki, 45-50 nəfərin hikkəsinə görə, on minlərlə şəhər sakinin hüquqlarını pozmaq olar? Dünya da elə bir ölkə varmı ki, orada dağıdıcı müxalifətin iddiasına uyğun aksiyaların keçirilməsi üçün yer ayırsın? Yoxdur, belə bir dövlət. Bəlkə də yüz illər sonra Ə.Kərimlinin, C.Həsənlinin və onların arxasında dayanan məkrli qüvvələrin istək və tələblərinə uyğun hansısa cəmiyyət yaransın. O zaman belə şəhərlərin mərkəzində aksiyaların keçirilməsi müəyyən tələblər çərçivəsində olacaq. İndiki dövrdə isə müxalifətin arzularının reallaşması mümkünsüzdür. Səbəbini də yuxarıdakı fikirlərimlə göstərdim. Lakin dağıdıcı müxalifət metrostansiyaların önündə icazəsiz aksiyaların keçirilməsinə çalışır. Həm də diqqətçəkən məqam ondan ibarətdir ki, icazəsiz aksiyalarda Azərbaycanın mənafeyinə zidd şüarların, çağırışların səsləndirilməsi planlaşdırılır. Xüsusilə də, ermənilərin dəyərsiz bacısı qismində çıxışlar edən Fransa prezidenti E.Makronun portretin qaldırılması nəzərdə tutulur. Xatırlatmaq lazımdır ki, hazırkı tör-töküntüdən ibarət olan dağıdıcı müxaliflər “Məhsul” meydanında aksiya keçirdikləri zaman ABŞ prezidenti C.Buşun portretlərini başlarının üzərində qaldırıb, ondan imdada diləyirdilər. O zaman cəmiyyət onları ittiham etdi, qınadı, ittihamlar irəli sürdü. Lakin bu qınaq və ittihamlar nəticəsiz qaldı. Çünki sonrakı aksiyalarda da eyni fəaliyyətlərini davam etdirdilər. İndi isə aksiyalarında E.Makronun portretini və Avropa İttifaqının bayraqlarını qaldırmağı planlaşdırıblar. Bütün bunlar dağıdıcı müxalif ünsürlərdə, xaricdəki antimilli qüvvələr kimi milli hissin və mənliyin, şərəfin olmadığını göstərir. Həm də təsdiq olunur ki, siyasət onlar üçün sadəcə gəlir mənbəyidir. Hay-küyləri, mitinq keçirmək istəkləri də ancaq və ancaq xaricdən əlavə qrantlara almaq arzusu ilə bağlıdır.

İLHAM ƏLİYEV

Digər xəbərlər