Siyasət

  • 931

Bu sistemə son qoyaq - Deputatdan həyəcan təbili

image

“Bu gün narkotik artıq məktəblərə yol tapıb. Hazırda ölkədə bu insanların müalicəsi üçün lazımı dispanserlər də yoxdur”. SİA xəbər verir ki, bu barə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib.“Bir dispanser var idi, onun da rəhbəri korrupsiya üstündə məsuliyyətə cəlb edildi. Bu gün narkotikin “İran vətəndaşından almışam” ifadəsi artıq mövcuddur. Kimdir bizim ölkəni zəhərləyən, o İran vətəndaşı kimdir? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyulmalıdır. Narkotik vasitələrə qarşı mübarizə sahəsində qanunvericiliyin tələblərinin sərtləşməsini təklif edirəm”,-deyə o qeyd edib.

Digər xəbərlər