Siyasət

  • 443

Nəsimi rayonunda qanvermə aksiyası keçirilib FOTOLAR

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci il dönümü ilə əlaqədar YAP Nəsimi rayon təşkilatında qanvermə aksiyası keçirilib. Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır.

Aksiyanı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

İrsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Nəsimi rayonunda keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə və təşkilat kollektivləri fəal iştirak ediblər.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirildi. Qanvermə aksiyasında 300 nəfərdən artıq partiya üzvü iştirak edib.

Digər xəbərlər