Siyasət

  • 651

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” FOTOLAR

image

Aprelin 24-də YAP Masallı rayon təşkilatı Masallı rayon Tarix- Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva müasir Azərbaycan tarixində milli-mənəvi dəyərlərin qorunması və inkişafı prinsiplərinin banisi olan Ulu öndər Heydər Əliyev haqqında danışdı.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə ,eyni zamanda gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edərək bu yolda görülən işlərdən geniş məlumat verdi. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, eyni zamanda, bu dəyərlərin ümumbəşəri dəyərlərlə sintezi və zənginləşməsi Prezident İlham Əliyevin mənəvi-mədəni inkişafa yönəlmiş siyasətinin qaynaqlarından birini təşkil edir. Prezident İlham Əliyevin milli mədəniyyət, milli dəyərlərə bağlı siyasətinin təkcə ənənəvi mədəniyyət təzahürlərinin konservasiyası, qorunması və dünyaya tanıdılması məqsədi daşımadığını qeyd edən Seyfəddin Əliyev bildirib ki, dövlətimizin başçısı üçün milli-mədəni irs, milli folklor həm də milli düşüncəli, milli hissiyyatlı gənc nəslin yetişməsində mühüm rol oynayan, heç nə ilə əvəz edilə bilməyən bir məxəzdir. Milli ruhlu və sağlam əqidəli gənclik isə Azərbaycan dövlətinin gələcək mövcudluğunun qarantıdır. Prezident gənclərlə görüşündə gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasına dövlətin xüsusi diqqət yetirdiyini dəfələrlə vurğulayıb.

Tədbirdə Masallı Dövlət Regional Kollecin əməkdaşı Humay Əliyeva, Masallı rayon Statistika İdarəsinin məsləhətçisi Babək Abdullayev və Masallı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Elanora Babayeva Heydər Əliyevin milli ideyaları, qədim milli düşüncəmizin var olduğu adət-ənənələrimizin yaşaması, qorunması, gələcək nəslə ötürülməsi məsələlərinin vacibliyi prioretini məqsəd olaraq qarşıya qoyması, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirməsi, bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirməsindən danışdılar. Çıxışçılar Azərbaycan gəncinin bu gün 90-cı illərin çətinliklərini geridə qoymuş Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaradan Ulu öndər Heydər Əliyevin milli və mənəvi ideoloqiyasından bəhrələnərək hər birimizin hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır.

Digər xəbərlər