Siyasət

  • 1 889

Azərbaycan-Rusiya dövlətləri arasında əməkdaşlıq uğurla davam edir

image

Qələbələr, xoş xəbərlər bizə yaraşır. Xalqımız sevinci, sevincli illəri, sevincli günləri ardıcıl qarşılayır. Allah xalqımızı, Ali Rəhbərimizi, Ali Baş Komandanımızı qorusun. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin aprelin 22-də Rusiya Federasiyasına növbəti dəfə işgüzar səfəri də seindiricidir, çox qürurvericidir. Həmin görüş də tarixi məqam daşıyır. Ona görə tarixi məqam daşıyır ki, Azərbaycan və Rusiya dövlətləri arasında əlaqələrin dərinləşməsinə maneçilik etmək istəyən qüvvələr demək olar ki yoxdur və bu, tamamilə aradan götürülüb.

Rusiya Federasiyasına, Moskva şəhərinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə Vladimir Putin qeyd edib ki,

Bu gün BAM-da yaşayan və işləyən, qabaqcılların şanlı ənənələrini davam etdirən, bu ən mühüm dəmir yolu xəttinin yenidən qurulmasında, inkişafında və ona xidmət göstərilməsində iştirak edən hər kəsə ən səmimi sözlərimi ifadə etmək istəyirəm.

Bildiyiniz kimi, şücaətli əməyə görə təşəkkür və minnətdarlıq əlaməti olaraq, tikinti və dəmir yolu sənayesi veteranlarının və işçilərinin yüksək dövlət mükafatları ilə təltif edilməsi haqqında Fərman imzalanıb.

BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi şəxsən təbrik etməkdən çox məmnunam. Onun atası, - bunu bütün BAM inşaatçıları yaxşı bilir, - Heydər Əlirza oğlu BAM-ın tarixində müstəsna, böyük rol oynayıb. Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Baykal-Amur Magistralının tikintisinə rəhbərlik edir və bu çətin layihənin həyata keçirilməsi üçün əlindən gələni əsirgəmirdi.

«Onu da əlavə edim ki, Heydər Əlirza oğlunun dəstəyi ilə azərbaycanlı layihəçilər və inşaatçılar BAM-ın tikintisi zamanı stansiya kompleksləri olan iki qəsəbə - Ulkan və Anqoyanı salıblar və hazırda Xabarovsk diyarında və Yakutiyada Baykal-Amur Magistral xəttinin hissələrinin yenidən qurulması və müasirləşdirilməsində iştirak edirlər… Sözü məmnuniyyətlə qonağımıza və dostumuza vermək istəyirəm. Buyurun, Azərbaycan Prezidenti İlham Əliyev, söz Sizindir.» — deyə Rusiya Prezidenti Vladimir Putin öz çıxışnı yekunlaşdırıb.
Prezident İlham Əliyev isə çıxışında qeyd edib ki,
Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin ehtirama görə Vladimir Vladimiroviçə xüsusi təşəkkürümü bildirmək istərdim. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. Vladimir Vladimiroviç 2001-ci ildə Azərbaycana səfər edib və bu, bizim bu gün birlikdə keçdiyimiz böyük yolun başlanğıcı olub.

Bu gün biz iki ildən artıqdır ki, müttəfiqlik qarşılıqlı fəaliyyəti çərçivəsində həyata keçirilən əməkdaşlığımızın bir çox planlarının icra edilməsi məsələlərini müzakirə etdik. Əlbəttə, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. Çünki o, Moskvada bu binada, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstərib. Onlardan biri də nəqliyyat sahəsi idi.

Biz, həmçinin BAM-çılara və inşaatçılara, Rusiyanın bütün nəqliyyatçılarına Heydər Əlirza oğlunun xatirəsini əbədiləşdirdiklərinə görə minnətdarıq - Anqoya qəsəbəsindəki vağzal onun adını daşıyır. BAM-çıların da yaxşı bildiyi kimi, o, Bratskdan Vladivostoka və Naxodkaya qədər çətin şəraitdə, demək olar ki, piyada, qatarla, vertolyotla uzun bir yol qət edərək, on gün ərzində BAM-çılarla sevincini və kədərini bölüşüb.

Onu da xatırlayıram ki, o, qayıdanda yalnız sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim donuşluq içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirlənmişdi. Çünki bu insanlar demək olar ki, hər gün şücaət göstərərək, möcüzələr yaradaraq, sovet dövlətinin və bu gün isə həm Rusiyanın, həm də qonşu ölkələrin gələcək inkişafının müqəddəratını əvvəlcədən təyin edərək, uzun illər - 50 il və ya daha çox müddət ərzində həm regional, həm də beynəlxalq əməkdaşlığın inkişafı işinə xidmət edəcək unikal infrastruktur nümunəsi yaratmağa müvəffəq olublar.

Heydər Əlirza oğlunun anadan olmasının 100 illiyinin qeyd edilməsinə görə Vladimir Vladimiroviçə və rusiyalı dostlarımıza minnətdarlığımı bildirmək istərdim. Ötən il Azərbaycanda və Rusiyada onun yubileyi xüsusi ehtiramla qeyd edildi. Bu, bizim ümumi tariximizdir, biz bunu çox yüksək qiymətləndiririk.

Bu gün sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Bu gün biz, Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, təkcə böyük nəqliyyat layihələri həyata keçirmirik, həm də “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edirik, həm iqtisadi, həm siyasi, enerji, humanitar və bir çox digər sahələrdə fəal əməkdaşlıq aparırıq.

Gözəl günlərdə yaşasyırıq. Qlib sərkərdə, Ali Baş Komandanımız Qazax rayonundan dörd kəndimizi, onlardan da qabaq Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmaqla sülhsevər xalqımıza iki dəfə tarixi sevinc yaşadıb. Bu sevinc, bu tarixi yaşama, bircə Ermənistan üzərində yox, həmçinin beynəlxalq hüququn ancaq özləri istəyəndə işləməsinə, digər hallarda BMT-nin bizə bəlli 4 qətnaməsi kimi yerinə yetirilməməsinə üzərindəki qələbəsidir.

Mahmud Bağırov,
47 saylı Masallı Yol İdarəsinin rəisi, YAP Masallı Rayon Təşkilatının fəal üzvü

Digər xəbərlər