Siyasət

  • 809

Fransa bəşər tarixinin qara ləkəsinə çevrilir TƏHLİL

image

Bu gün dünyanın əksər bölgələrində qanlı cinayətlər baş verir. Bəli, o cinayətlər ki, müharibələr, münaqişələr formasında on minlərlə, yüz minlərlə insanın ölümünü rəsmiləşdirir. Yüz minlərlə insan isə sağlamlığından məhrum olunur. Canilərin müəllifliyi ilə yaradılan müharibələr də, münaqişələr də yüzlərlə şəhərlər, kənd və qəsəbələr dağıdılır, viran edilir. Demokratiyanın beşiyi, dünyada sülhün və təhlükəsizliyin qarantı hesab olunan dövlətlər isə susmağa üstünlük verirlər. Bəzi hallarda məhz iddialı, hikkəli dövlətlərin yardımı, dəstəyi ilə uşaqların, qocaların, qadınların kütləvi şəkildə ölümünə fərman verilir. Qəzza az qala yer üzündən silinməklə üz-üzədir, Suriya, Əfqənıstan, Liviya qan gölünə çevrilib. Ukrayna Rusiyanın təcavüzü nəticəsində dövlətçiliyindən məhrum olunmaqdadır. Bu ölkənin 21 milyon əhalisi öz yurd-yuvasından didərgin düşüb, xarici ölkələrə üz tutub, artıq qeyri-rəsmi məlumatlara görə beş yüz minə yaxın ukraynalı öz həyatını itirib, ölkənin ümumilikdə 70 faizi dağıdılıb. Rusiya da müharibəni başlayan tərəf olsa da, itki və dağıntılar baxımından heç də Ukraynadan geri qalmır. Baş verənlər fonunda aparıcı dövlətlər müharibələrin sayını artırmağa və bununla da insan ölümlərinin miqyasını genişləndirməyə çalışırlar.

Fransa bəşər tarixinin ən vəhşi dövlətinə çevrilir

Hətta bəzi dövlət başçıları bəşəriyyəti atom bombası ilə hədələyirlər. Üçüncü dünya müharibəsinin başlayacağı barədə fikirlər səsləndirənlər də az deyil. Bu kimi nifrət ediləsi hallar təsdiq edir ki, böyük güc mərkəzlərini uşaqların, yaşlı insanların kütləvi şəkildə həyatlarını itirmələri onları maraqlandırmır. Yaşayış binalarının, min illər yaşı olan mədəniyyət nümunələrinin, tarixi abidələrinin dağıdılması onlar üçün əhəmiyyətsiz görünür. Təbii ki, üçüncü dünya müharibəsinin baş verməsi və nüvə silahının işə düşməsi bəşəriyyətin sonu ola bilər. Bunu dünyanın aparıcı dövlətləri bilsələr də, vəziyyətin stabilləşdirilməsi üçün lazımi addımlar atmırlar. Əksinə, ABŞ və Fransa, Almaniya kimi vəhşi toplumalarından ibarət dövlətlər dünyada sabitliyi pozmağa və müharibələrin genişlənməsinə təkan verən addımlar atmaqdan çəkinmirlər. Xüsusilə də, Fransanın tutduğu qərəzli və ziddiyyətli mövqe bəşəriyyət üçün sonu ürəkaçan olmayan problemlərin yaradılmasına hesablanıb. Hansı ki, bu irticaçı dövlət dünyada müstəmləkə siyasəti aparan və bu siyasəti dəyişmək fikrində olmayan dövlətdir. Fransanın Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada törətdiyi soyqırımı aktları, Afrika, Cənub Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkənin işğal edilməsi və insanların kütləvi şəkildə qətlə yetirilməsi, şəhər və kəndlərin xarabazarlığa çevrilməsi Fransanın dövlət siyasətinin əsası olub. Yalnız Fransa Əlcəzairdə 2 milyon əlcəzairlini amansızlıqla qətlə yetirib, minlərlə kənd və qəsəbəni isə xarabazarlığa çevirib. Ümumilikdə 50 ölkədə Fransa 21 milyon insanın həyatına son qoyub, şəhərləri, kənd və qəsəbələri, min illik tarixi olan tarixi abidələrini, memarlıq nümunələrini yer üzündən silib. Faktlara istinadən demək olar ki, artıq Fransanın vəhşiliyinə qon qoyulmaqdadır. Müstəmləkə həyatı yaşayan xalqlar prinsipiallıq göstərməklə Fransaya qətiyyətli şəkildə cavab verirlər. Bunun nəticəsi olaraq artıq Fransa ordusu rüsvayçı şəkildə Nigeriyadan qovulub. Əlcəzair Fransanı sıxışdırmaqla rəsmi Parisi çıxılmaz vəziyyətə salıb. Bakıda keçirilən 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən olan nümayəndələrin iştirak etdiyi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda konfransda müstəmləkə altında əzilən xalqların nümayəndələri Fransanı müstəmləkəçiliyə son qoyulmasına çağırış etdilər. Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Jan Jakob Bisep beynəlxalq konfransda çıxışı zamanı bildirdi ki, dörd əsrdir ki, biz Fransanın təzyiqi altında yaşayırıq: “Ölkəmiz Fransanın müstəmləkəçiliyi dövründən bəri öz haqları uğrunda mübarizə aparır. Fransızlar bizim ərazilərdə işləyir, yerli əhali isə işsizdir. Azadlığımız üçün mitinqlər təşkil edirik ki, səsimiz eşidilsin, amma buna görə həbsə atılırıq. Biz Fransa müstəmləkəçiliyi ilə mübarizəmizi davam etdiririk. Bu ölkənin ədalətsizliyindən çox əziyyət çəkirik”. Yeni Kaledoniya daha sərt və qətiyyətli mübarizə tədbirləri seçməklə Fransanın müstəmləkəsindən xilas olmaqdadır. Xüsusilə də, Yeni Kaledoniyanın dünyanın ən azad, demokratik, güclü dövləti olan Azərbaycana arxalanması və Azərbaycanın dəstəyinə güvənməsi bu ölkənin məqsədlərinə çatacağından xəbər verir.

Azadlıqları üçün vuruşan xalqlar

Bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanması Yeni Kaledoniyanın Fransanın müstəmləkəsindən xilas olacağı günün uzaqda olmadığını təsdiqləyir. Sənədi Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Yeni Kaledoniya Konqresinin sədri Rok Vamitanın adından Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselin imzalayıblar. İmzalanma mərasimində spiker Sahibə Qafarova deyib ki, bu sənəd parlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir və əməkdaşlığımızın çərçivəsini müəyyən edəcək. Onu vurğulamaq lazımdır ki, Memorandumda bir sıra vacib məqamlar əks olunub. Sənəddə Azərbaycan Respublikası və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub. Bu məqsədlə qanunvericilik orqanlarımızın komissiyaları, komitələri və orqanları arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərilməsi, həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili nəzərdə tutulub.Sənəddə tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviq edilməsi Memorandumda əksini tapıb. Bunlarla yanaşı, Azərbaycan Respublikası ilə Yeni Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi, inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylərin göstərilməsi nəzərdə tutulur. Tərəflər qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə müsbət töhfə verə biləcək təcrübə mübadiləsinin aparılması məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin Bürosu arasında daimi əlaqələrin yaradılmasına da razılıq veriblər.

“Bizim dəstəyə ehtiyacımız var və Azərbaycan Milli Məclisi ilə imzalanan memorandum bu istiqamətdə atılan uğurlu addımdır”. Bu fikirləri Yeni Kaledoniya Senatının üzvü Moris Vimian Milli Məclisdə təşkil olunan “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.O bildirib ki, hazırda yaranmış şərait Yeni Kaledoniya xalqının müstəqillik uğrunda mübarizəsini daha da gücləndirir:“Azərbaycan öz yardım əlini kanak xalqına uzadıb və biz buna görə çox tşəkkür edirik. Yeni Kaledoniyada bizim üç institut var, onlar kanak xalqı tərəfindən idarə olunur və mübarizəmizdə aktiv iştirak edirlər. Təmsil olunduğu quruma hazırda kanak xalqının təmsilçisi rəhbərlik edir. Bundan başqa, bu gün iki əyalətimizin təmsilçisi kanak xalqına mənsubdur. Bizim siyasi rəhbərimiz öz xalqının yanındadır və Parislə danışıqlar artıq fərqli şəkildə aparılır.Fransa bu gün taktikasını dəyişib. Onlar ölkədəki institutların işləmə mexanizmini də dəyişərək, Konqres və əyalətlərin işinə müdaxilə etmək istəyirlər.Bizim dəstəyə ehtiyacımız var və Azərbaycan Milli Məclisi ilə imzalanan memorandum bu istiqamətdə atılan uğurlu addımdır”.

Fransanın törətdiyi soyqırımlar bəşər tarixinin qara ləkəsidir

Söz yox ki, Fransanın törətdiyi soyqırımlar bəşər tarixinin qara ləkəsidir. Bu ləkəni heç vəchlə silmək mümkün deyil. Bəşəriyyət durduqca Fransa bu ləkəni daşımalı olacaq. Hətta E.Makron özünün və əcdadlarının xalqlara verdikləri əzablara, işkəncələrə, qırğınlara görə üzr istəsə belə, bu heç nəyi dəyişməyəcək. Yaralar sağalmazdır, qara ləkə isə heç zaman silinmir. Diqqətçəkən məqam ondan ibarətdir ki, E.Makron Fransa xalqına gətirdiyi faciələri aradan qaldırmaqdansa, mövcud vəziyyəti daha da dərinləşdirmək siyasəti aparır. E. Makronun və ümumilikdə Qərbin İsrail-HAMAS müharibəsini dayandırmaq üçün fəal iş aparmaq əvəzinə savaşın davam etdirilməsinə dəstək vermələri bir daha göstərir ki, Qərb sülhdə maraqlı deyil. Hazırkı məqamda İsraillə HAMAS arasında əldə olunan atəşkəs rejimi də müvəqqəti xarakter daşıyır. Fransa kimi qızışdırıcı mövqe tutan dövlətlərin səyi ilə tərəflərarasında müharibənin yenidən bərpa olunacağı şübhəsizdir. Bu, Fransanın xarici siyasətinin başlıca prinsiplərindəndir. Müharibələrin sayı çox olarsa Fransa kərəksiz və keyfiyyətsiz silah sursatını müharibə aparan dövlətlərə satmaq imkanı qazanır. Artıq Livan vasitəsi ilə Fransa HAMAS-a böyük çeşiddə silah sursat satıb və bu alveri davam etdirməkdədir. Qeyd etmək lazımdır ki, bu gün Fransa dünyada silah ixracatçılarının ilk beşliyindədir. Raket silahı 23 faiz, radioelektronika 22 faiz və aviasiya texnikası 21 faiz təşkil edir. Ölkənin silah istehsal edən şirkətləri dünyanın 130 ölkəsinə silah satışını həyat keçirilər. Əsa silah alıcıları Səudiyyə Ərəbistanı, Misir, Hindistan, BƏƏ və Qətərdir. Fransa “bacı” sı hesab etdiyi Ermənistana da silah satışını həyat keçirir. Bununla bağlı razılıq Ermənistanın müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı əldə olunub. İlk öncə Ermənistana 50 zirehli texnika, daha sonra “Minstrel” hava hücumundan müdafiə raketləri gətiriləcək. Fransa hərbi attaşesi Fransanın öldürücü silahlarının Ermənistana tədarükünə nəzarət edəcək. Artıq Fransanın İrəvandakı səfirliyində hərbi missiya yaradılıb, attaşe təyin edilib. Lakin Ermənistan Fransa kimi dövlətlərin təsiri altında qalmaqda davam edəcəyi təqdirdə dövlətçiliyini itirməli olacaq. Çünki regionun hərbi, siyasi, iqtisadi və digər sahələrdə güc mərkəzi olan Azərbaycanın Ermənistanın təxribatlarına və pozuculuğa xidmət edən fəaliyyətinə göz yummaq fikrində deyil. Sərhəddə təxribatlar baş verəcəyi təqdirdə ciddi şəkildə Ermənistanın cəzalanacağı şübhəsizdir. Ona görə də Ermənistan Cənubi Qafqazda sülhün və əmin-amanlığın qorunub, saxlanmasını və mövcudluğunu itirməmək üçün Azərbaycanın sülhə xidmət edən təkliflərini qəbul etməlidir. Əks halda ağır və faciəvi duruma düşə bilər.

İLHAM ƏLİYEV

Digər xəbərlər