Siyasət

  • 1 039

YAP Kürdəmir rayon təşkilatında yığıncaq keçirilib FOTOLAR

image

24 aprel 2024-cü il tarixdə YAP Kürdəmir rayon təşkilatının Atakişili kənd tam orta məktəbində Möhübbət Əzimov adına ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının əməkdaşı Məhəmməd Heydərli iştirak edibdir. Tədbiri giriş sözü ilə açan fəal partiya üzvü, Atakişili kənd tam orta məktəbinin direktoru Sevinc Mövlayeva müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, təşkilat öz fəaliyyətini əsasən ölkə Prezidenti , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub. Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri, Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.Çıxışlardan sonra səsvermə keçirilib. İşgüzarlığı, yüksək təşkilatçılığı ilə kollektivdə böyük hörmət qazanan Sevinc Mövlayeva yekdil səslə ərazi partiya təşkilatının sədri, Yadigar Osmanlı isə sədr müavini seçiliblər. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib. Möhübbət Əzimov adına ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. Sonda, YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Məhəmməd Heydərli yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Digər xəbərlər