Siyasət

  • 1 202

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi ŞƏRH

image

Azərbaycan-Rusiya ikitərəfli münasibətlərin inkişafı öz növbəsində yeni əməkdaşlıq formatlarının yaranmasına, əlaqələrin coğrafiyasının genişləndirilməsinə öz müsbət təsirini göstərərək əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlər, bu zaman imzalanan sənədlər, keçirilən görüşlərdə müzakirə olunan və gündəmə gətirilən məsələlər mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri, Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Çox qürurveridici haldır ki, 50 illik yubileyi qeyd olunan bu nəhəng layihənin həyata keçirilməsində Ümummilli lider Heydər Əliyevin böyük rolu olmuşdur. Ölkə başçısı sözügedən görüşdəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etdi ki, Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaq. Ona görə ki, Kremldə işlədiyi illərdə sovet dövlətinin və ona tapşırılan sahənin inkişafına rəvac vermək üçün böyük səylər göstəribdir. Onlardan biri də nəqliyyat sahəsi idi. Azərbaycanın xarici siyasətinin əsas məsələləri olan keçmiş Qarabağ münaqişəsinin, həmçinin Xəzərin hüquqi statusu məsələsinin həllində Rusiyann dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Hər iki ölkənin dövlət başçıları ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayırlar. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı. İki ölkənin əlaqələrinin hərtərəfli inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan-Rusiya münasibətləri məhz dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir.

Bəhruz Ramazanov

YAP Qusar rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər