Siyasət

  • 734

Ağcabədidə şahmat turnirinə start verilmişdir FOTOLAR

image

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. Aprel ayının 23-də YAP Ağcabədi rayon təşkilatı və Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat turnirinə start verilmişdir. Tədbir iştirakçılarının bir qrupu əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.Turniri Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru, Ərazi təşkilatının sədri Rauf Musayev açaraq yarışın keçirilmə qaydası barədə turnir iştirakçılarına məlumat vermiş, idmançılara uğurlar arzulamışdır.YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə söz açmış, onun əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim uca tutulmasını vurğulamış, Respublikanın hər yerində olduğu kimi Ağcabədi rayonunda da Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər, yarış və müsabiqələr keçirildiyini qeyd etmişdir.

Nazim Bünyatov həmçinin qeyd etmişdir ki, bu yarışın keçirildiyi şahmat məktəbi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə tikilmiş və açılışında cənab Prezident özü şəxsən iştirak etmişdir. Nazim Bünyatov yarış iştirakçılarına uğurlar arzulamış, qaliblərin yekunda YAP Ağcabədi rayon təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılacağını diqqətə çatdırmışdır.

Digər xəbərlər