Siyasət

  • 853

Ovçubərə kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib FOTOLAR

image

Aprel ayının 24-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Ovçubərə kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib. İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib. Əvvəlcə İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin qarşısında inşa olunmuş şəhidlərin xatirə kompleksi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş və xatirələri yad edilmişdir.Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.

Gündəlikdə duran I məsələ ilə əlaqədar Ovçubərə kənd ərazi partiya təşkilatının sədri Üzeyir Eyvazov hesabat dövrü ərzindəki ərazi partiya təşkilatının fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi. Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Eyvazov Üzeyir Dadaş oğlu YAP Biləsuvar rayon təşkilatının Ovçubərə kənd ərazi partiya təşkilatının sədri, Məmmədov Ehtiram Nizami oğlu isə sədr müavini seçildilər.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının dövlətimizin və cəmiyyətimizin həyatındakı rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs edərək VII Qurultayından ötən müddət ərzindəki partiya həyatındakı yeniliklərdən və əldə olunmuş uğurlardan danışdı. 7 fevral prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin inamlı qələbəsini son 20 ilin uğurlarına, bütün vədlərin həyata keçirilməsinə verilən dəyər, YAP-ın cəmiyyətdə artan nüfuzunun göstəricisi kimi qeyd etdi. K.Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.

Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim edildi.

Digər xəbərlər