Siyasət

  • 676

“Qırğız Respublikası ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq mövcuddur” - ŞƏRH EDİLDİ

image

“Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir. Bu gün Mərkəzi Asiya və Xəzər regionları, Xəzər və Cənubi Qafqaz regionlarının bir hissəsi olan Azərbaycan enerji resursları, nəqliyyat yolları, ticarət baxımından böyük əhəmiyyət kəsb edir. Burada böyük potensial var. Hesab edirəm ki, bu prizmadan yanaşsaq Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri özünəməxsus əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya siyasi şərhçi Vüqar Əhmədov deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar çərçivəsində də qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında çox uğurlu əməkdaşlıq mövcuddur: “Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib. Bu ilin yayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. İqtisadi-ticari sahədə də ölkələr arasında fəal əməkdaşlıq mövcuddur və ticarət dövriyyəsinin dəfələrlə artmasına dair rəqəmlər səsləndirildi”.V.Əhmədov bildirib ki, bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğız Respublikası ilə sıx əməkdaşlığa önəm verməsi çox əhəmiyyətlidir: “Çünki burada regional maraqlarla yanaşı, ortaq tarix və mədəni bağlılıq mövcuddur, uzun bir zamandan sonra Azərbaycanı Mərkəzi Asiya respublikaları ilə birləşdirən dəyərlərə yeni çalarlar qatılıb, bu isə Türkçülük ideyası, keçmişimizə və irsimizə sahib çıxmaqdır. Təəssüf ki, əvvəllər, xüsusən Sovet İttifaqı dövründə bunu açıq mümkün deyildir. İndi isə Türk dövlətləri müstəqildir, öz taleyini özləri həll edir və bu arialda nə qədər sıx inteqrasiya edib güc mərkəzinə çevrilsələr, dünya üçün bir o qədər cəlbedici olacaqlar. Bu baxımdan bu gün həm Azərbaycan xalqı, həm də Qırğız xalqının daha da yaxınlaşmasında liderlərin siyasi irədəsinin böyük önəmi var. Cənab Prezident İlham Əliyev bu ilin fevralında keçirilən inaqurasiya mərasimində də vurğulamışdır ki, Azərbaycanın yeri Türk dövlətləri birliyindədir və bizi məhz bu ailədə gözləyirlər. Ona görə də hər bir Türk dövləti ilə qurulan əlaqələr səmimi və dostluq əlaqələridir, bu əlaqələr xalqların daha da yaxınlaşamsına xidmət edəcək və onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan son illər Türk dövlətlərinin yaxınlaşmasına həm regional kontekstdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində böyük töhfə verir”.

Ləman Sərraf

Digər xəbərlər