Siyasət

  • 979

Strateji tərəfdaşlıqdan yeni qlobal kontekstə doğru - ŞƏRH

image

Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari il aprelin 22-də Moskvada Rusiya Prezidenti cənab Vladimir Putinlə görüşü Baykal-Amur magistral xəttinin 50 illiyi ilə bağlı mühüm dialoqa səbəb oldu. Səmimi görüşdə bu epik quruculuqda iştirak edənlərə minnətdarlıq və ehtiram bildirilmiş, xüsusilə bu tarixi layihədə görkəmli siyasi xadim Heydər Əliyevin xüsusi rolu qeyd edilmişdir.

Rusiya Prezidenti bütöv bir nəslin arzularının və cəsarətinin simvoluna çevrilmiş bu layihənin təşkilində və həyata keçirilməsində dahi lider Heydər Əliyevin rolunun vacibliyini vurğulayıb, o cümlədən Heydər Əliyevin hökumət komissiyasına rəhbərlikdən əlavə, tikintidə də bilavasitə iştirak etdiyini, həm də bütün Sovet İttifaqı üçün vacib olan bu möhtəşəm layihənin uğurla həyata keçirilməsi üçün əlindən gələni ediyini xüsusi olaraq vurğuladı.

Cənab İlham Əliyev də öz növbəsində Baykal-Amur magistralını ərsiyəyə gəlməsi naminə göstərdikləri şücaət və əməyə görə dəmir yolu sahəsinin veteranlarına, inşaatçılara, onların ailə üzvlərinə minnətdarlığını bildirib. O qeyd edib ki, bu magistralın miqyası və tarixi əhəmiyyəti Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsinə - Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına uyğundur.

“Şimal-Cənub” nəqliyyat dəhlizi Baykal-Amur magistralı kimi beynəlxalq əməkdaşlığın və inkişafın simvoluna çevrilmək niyyətindədir. Bu layihə Avrasiya və qlobal Cənub ölkələrinin iqtisadi və sosial inkişafı üçün yeni perspektivlər açır.

Sovet İttifaqının dağılmasından sonra Rusiya ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur və bu kontekstdə Ümummilli lider Heydər Əliyevin rolu müstəsna olmuşdur. Heydər Əliyevin prezidentliyi dövründəiki ölkə arasında strateji tərəfdaşlığın qurulmasında mühüm rol oynayıb. O, enerji, hərbi və mədəni mübadilə sahələrində fəal əməkdaşlığı dəstəkləyib. Ulu öndər Heydər Əliyev SSRİ-nin dağılmasından sonra, yeni dünya düzəninin formalaşması zamanı da Rusiya ilə Qərb arasında mühüm vasitəçi olub. Onun kompromislər tapmaq bacarığı və sabitlik istəyi onu regional siyasətdə əsas fiqur halına gətirdi.

2003-cü ildə dahi lider Heydər Əliyevin vəfatından sonra,cənab İlham Əliyevin prezidentiliyi dövründ Rusiya ilə əlaqələri möhkəmləndirməklə, müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməklə Ulu öndərin irsini davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və Rusiya əməkdaşlığı xüsusilə enerji, nəqliyyat və mədəniyyət sahələrində genişləndirməkdə davam edib. Onun səyləri sayəsində qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə töhfə verən bir çox sazişlər imzalandı.

Beləliklə, Ümummilli lider Heydər Əliyevin Rusiya tarixindəki rolu strateji tərəfdaşlığın qurulması ilə bağlı olub və cənabİlham Əliyev buəlaqələri davam etdirərək, Azərbaycan ilə Rusiya arasında münasibətləri yeni qlobal kontekstdə möhkəmləndirərək, inkişaf etdirir.Azərbaycan və Rusiya prezidentlərinin Moskva görüşündə təkcə Baykal-Amur magistralının yubileyi qeyd olunmayıb, həm də iki ölkə arasında tarixi əlaqələrin, eləcə də regionda sabitliyin və rifahın təmin olunması üçün birgə səylərinin vacibliyi vurğulanıb.

Masil Dəmirov

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Digər xəbərlər