Siyasət

  • 1 064

Azərbaycan etimad, inteqrasiya və əməkdaşlıq məkanıdır - ŞƏRH

image

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Bəli, indiyəcən dünyada elə bir qlobal ekoloji təşəbbüs olmayıb ki, ölkəmiz ona qoşulmasın. Bütün sahələrədə olduğu kimi, Azərbaycan qlobal iqlim dəyişikliyi ilə mübarizədə də fəallığı ilə seçilir. Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, "yaşıl hədəflər" uğrunda daha çox səy göstərilməsini təşviq edir. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır. Bu problemə qarşı mübarizədə diqqətin artması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir.

Cari ilin aprel ayınnın 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsinin önəmindən bəhs edərək bildirmişdir ki, əlbəttə, bu, Azərbaycana olan beynəlxalq ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. Cənab İlham Əliyev beynəlxalq ekspert, ABŞ-ın Azərbaycanda sabiq səfiri Metyu Brayzanın sualına cavabında bu mühüm məqama da diqqəti yönəltdi ki, iqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istərdik. Eyni zamanda, bu, fikirlərimizi söyləmək üçün fürsət olacaq. Dünyaya söyləyəcəyimiz məsələlər çoxdur. Həqiqəti söyləmək imkanımız var. Ev sahibi olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul edirik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edirlər.

Bir sözlə, Azərbaycanın 2024-cü ildə COP-29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun günbəgün artdığını sübut edir. Çünki Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi də məhz Azərbaycandır. Hətta, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən və ya, onu qısqanclıqla qarşılayan məlum dairələr belə, bu gerçəkliyi etiraf etmək məcburiyyətindədirlər. Çünki Azərbaycan öz haqqını və tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə həyata keçirib. İstər 44 günlük Vətən müharibəsində, istərsə də, birgünlük antiterror tədbirləri çərçivəsində Azərbaycan beynəlxalq hüququn tələblərindən kənara çıxmadı. Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürsələr də bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə səsləndirdiyi fikirlər bu mənada xüsusilə diqqət çəkir: “Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar.”

Bu gün isə yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli bizim enerji siyasətimizin prioritetidir. Hazırda üç il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: «Apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq».

Bir sözlə, bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək. Əminliklə deyə bilərik ki, Azərbaycan COP-29-a da uğurla evsahibliyi edəcək və ölkəmizdə keçiriləcək tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr və təşəbbüslərlə yadda qalacaq. Beləliklə, “COP29-a ev sahibliyi Azərbaycana nə qazandıracaq?” – sualına bu möhtəşəm tədbirə uğurla ev sahibliyi etdiyimiz zaman qaznacağımız uğurlarla birlikdə cavab tapacayıq. Bu gün Azərbaycan etimad, inteqrasiya və əməkdaşlıq məkanıdır. Həmişə olduğu kimi!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri

Digər xəbərlər