Siyasət

  • 583

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” - ŞƏRH

image

YAP Tərtər rayon təşkilatı bildirir ki, 06 may 2024-cü il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatının və Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon Mədəniyyət mərkəzində davam etdirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi üçün canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir. O, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə məhz onun sayəsində tanındı. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə mədəniyyəti, incəsənəti diqqət mərkəzində saxlayıb.

XX əsr Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı və böyük nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərinin nəticəsi idi. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan qədim mədəniyyətə, incəsənətə malik olan bir xalqdır.

Tədbirdə Tərtər rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, Qarabağ Regional Mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış ediblər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov öz çıxışında Ulu Öndərin hakimiyyəti dövründə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan danışaraq Ümummilli Liderin “Mədəniyyətimiz xalqımızın milli sərvətidir və intellektual mülkiyyətidir. Mədəniyyəti inkişaf etdirmək üçün milli ruhu yaşatmaq lazımdır”,-sözlərini xatırladıb, incəsənətin hər sahəsinə eyni həssaslıqla yanaşdığını, mədəniyyət xadimlərini öz diqqətiylə ruhlandırdığını bildirib.

Qeyd olunub ki, Ümummilli Liderin təməlini qoyduğu işləri onun siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daha da genişləndirir və ölkənin sağlam gələcəyi, xalqın rifahı üçün yorulmadan çalışırlar.

Tədbirin sonunda konsert proqramı təqdim olunub.

E.G.Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər