Siyasət

  • 869

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib -ŞƏRH

image

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Elm və Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının və Ağdam rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Elm və Təhsil nazirinin müavini İdris İsayev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, Ağdam rayon Musiqi kollecinin müəllim və tələbə heyəti, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin gedişində Respublikanın əməkdar artistləri Firuz Səxavətin, Xəyyam Məmmədovun, Kamran Kərimovun, Əliağa Sədiyevin, Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir. Konsert proqramının sonunda çıxış edən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbir iştirakçılarına öz minnətdarlığını bildirmişdir.

Digər xəbərlər