Aprel ayının 27-də Ağcabədi rayon İcra Hakimiyyəti və YAP Ağcabədi rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağcabədi-Beyləqan magistral yolunun kənarında ağacəkmə kompaniyası keçirmişdir.
İməclikdə idarə, müəssisə və təşkilatların əməkdaşları və YAP fəalları iştirak etmişlər.Əvvəlcədən şumlanaraq arx çəkilmiş sahədə 150 nəfərdən çox YAP fəalı iştirak etmiş və 200-ə yaxın həmişə yaşıl ağac-tuya və eldar şamı əkilmişdir.
Ağaclar aqrotexniki qaydada əkilmiş və suvarılmışdır.