PDF Oxu

Siyasət

  • 1 581

Azərbaycan və Rusiya münasibətləri uğurla inkişaf etməkdədir - ŞƏRH

Azərbaycan və Rusiya münasibətləri uğurla inkişaf etməkdədir - ŞƏRH

Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir.

Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bəzən bu münasibətlərdəmüəyyən qalxmalar, enmələr, təbəddüllatlar olsa da, amma alt qatlarda xalqlar, sadə insanlar arasında heç zaman ziddiyyətlər, gərginliklər, enmələr-qalxmalar yaşanmayıb.

Böyük siyasət ustası və müdrik dövlət rəhbəri Heydər Əliyevin Rusiya ilə bağlı daimi xoşməramlı mövqeyi də öz qarşılığını görməyə başladı. Və beləliklə, Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyuldu. Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri baş verdi, bir çox mühüm məsələlər və sahələr üzrə hər iki dövlətin və xalqın milli, dövlətçilik maraqlarına cavab verən sazişlər, müqavilələr imzalandı.Azərbaycanla Rusiya arasında münasibətlər hər iki dövlətin başçılarının və digər dövlət qurmlarının rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində hazırda yüksək inkişaf səviyyəsinə çatmışdır. Lakin bu münasibətlər heç də hamar şəkildə inkişaf etməmişdir.

Bunun bariz nümunəsi kimi cari ilin aprelin 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə vermiş oldu. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə yanaşı həm də bu il 50 illik yubileyi qeyd edilən Baykal-Amur Magistralının tikintisi və bu zaman Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri yad olunub.

Azərbaycan onunla bərabərhüquqlu tərəfdaş kimi davranan hər bir dövlətlə ikitərəfli münasibətlərə, əməkdaşlıq əlaqələrinə daim böyük önəm verib və bu gün də həmin siyasi kursuna sadiqdir. Azərbaycan Rusiya ilə də hər zaman sıx əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verib.

Son 30 il ərzində əldə olunmuş nailiyyətlər onu deməyə əsas verir ki, iki ölkə arasında mövcud əlaqələri daha da inkişaf etdirmək üçün ortada möhkəm iradə və əzm vardır. Bu da öz növbəsində xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, regionda sülhün təmin olunmasına töhfə verəcəkdir.

Bütün bunlar özü əyani şəkildə Azərbaycan-Rusiya münasibətlərinin qarşısıalınmaz və geridönməz xarakter aldığını bir daha təsdiqləyir və sübut edir ki, bu münasibətlər inkişafın ən yüksək, ən sürətli xətti üzrə irəliləməkdədir. Və heç bir güc də bunun qarşısında dayanmaq gücündə və qüdrətində deyil.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər